Azərbaycanda maraqlı tendensiya: Telefondan istifadə artdıqca boşanmalar çoxalır
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son illərdə Azərbaycanda müasir kommunikasiya texnologiyalarının, xüsusilə smartfon və mobil internetin istifadəsində sürətli artım müşahidə olunur.
Rəsmi statistikaya görə, 2015-2024-cü illər ərzində mobil telefonu olan əhalinin xüsusi çəkisi əhəmiyyətli dərəcədə yüksəlib. Bu artım qadınlar arasında daha nəzərəçarpacaq olub və rəqəmsal mühitə inteqrasiyanın sürətləndiyini göstərir.
Eyni dövrdə ölkədə ailə münasibətləri sahəsində də müəyyən statistik dəyişikliklər qeydə alınıb. Rəsmi məlumatlar göstərir ki, boşanmaların sayı son illər artım tendensiyasına malikdir.
Mütəxəssislərin fikrincə, müasir kommunikasiya vasitələri ailədaxili münasibətlərə dolayı təsir göstərə bilər. Mobil telefonlar və sosial şəbəkələr ailə üzvləri arasında ünsiyyət imkanlarını genişləndirsə də, eyni zamanda, birbaşa ünsiyyətin azalması, diqqətin yayınması və konfliktlərin daha açıq şəkildə üzə çıxması ilə bağlıdır. Psixoloqlar qeyd edirlər ki, mobil cihazlardan intensiv istifadə bəzi hallarda tərəflər arasında emosional məsafənin artmasına səbəb olur. Bu isə mövcud problemlərin dərinləşməsinə və ailə münasibətlərinin davamlılığına təsir edən faktor rolunu oynayır.
Lakin burada vacib məqam odur ki, boşanmanın yeganə səbəbi mobil telefon deyil. Azərbaycan cəmiyyətində kişilərin və qadınların rolları, həmçinin mentaliteti, ailədaxili məsuliyyətlərin bölgüsü də münasibətlərə təsir edir. Statistik paralellik yalnız bir tendensiyanı göstərir və hər boşanmanın sosial və şəxsi bir çox səbəbi vardır.
BAKU.WS Oxu.az-a istifadən xəbər verir ki, statistik rəqəmlər üzərindən araşdırma apararaq Azərbaycanda son 10 ildə nikah və boşanmaların sayı ilə qadınlar arasında mobil telefon istifadəsinin artması arasındakı paralellikləri vizuallaşdırıb:
İl Nikah(Ümumi)
Boşanma(Ümumi)
Mobil telefonuolan qadınlar (%)
2015 68 773 12 764 69.7 2020 35 348 14 628 75.1 2021 56 314 17 191 77.7 2022 61 939 15 983 79.4 2023 54 200 21 688 83.2 2024 49 508 21 384 86Qeyd: Cədvəl yalnız paralelliyi göstərir, boşanmaların yeganə səbəbi mobil telefonlar deyil. Nikahların sayı da azalır və ailə münasibətlərinə təsir edən sosial, iqtisadi və şəxsi faktorlar da mövcuddur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 26 Dekabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















