Icma.az
close
up
RU
Azərbaycanda media institutları üçün qanunverici normaların müəyyənləşdirilməsi kənar maraqların təmsilçilərinin planlarını pozub ŞƏRH AZƏRTAC

Azərbaycanda media institutları üçün qanunverici normaların müəyyənləşdirilməsi kənar maraqların təmsilçilərinin planlarını pozub ŞƏRH AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 9 dekabr, AZƏRTAC

Ən yeni tarixdə medianın tematik diapazonu bir qədər də genişlənərək cəmiyyətlə dövlət qurumları arası əlaqələrin qurulması, cəmiyyətdə maraqlar toqquşmasından yaranan münaqişələrin transformasiyası və ya həlli yollarının işıqlandırılması ilə yekunlaşmır. Bu gün media həm də daxili ehtiyacların xarici siyasət və beynəlxalq müstəvilərdə əsaslandırılması ilə lokal və regional təhlükəsizlik məsələsində iştirak edir. Media dünya siyasətinə təsir göstərən qeyri-hökumət aktoru kimi yerli və milli auditoriya ilə məhdudlaşmır, eyni zamanda, qlobal səviyyədə təsir aktoru kimi çıxış edir.

Media daxili və xarici ictimaiyyəti məlumatlandırmaq, vətəndaşların manipulyasiyası və beyin yuyulması, cəmiyyətlərə yad stereotiplərin formalaşdırılması, yad ideologiyanın ixracı, bir sözlə, ictimai şüurun dəyişdirilməsi üçün sistemli şəkildə fəaliyyət göstərməkdədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yeganə Hacıyeva söyləyib.

Y.Hacıyeva qeyd edib ki, yenilənən dünyada media kənar maraqların müdafiəçisi, yeni ideologiyaların ixracatçısı kimi geniş kütlələrə həm də yeni, texnoloji diqqət cəlbetmə metodları ilə təsir göstərmək iqtidarındadır. Cəmiyyətlərə yeni siyasi-ictimai istiqamətlər inteqrasiyalar və meyllər kimi sırınır. Bu proses dünyanın bütün yerlərində regional spesifikalar və fərqliliklər əlavə olunmaqla eyni ssenari və eyni metod üzrə həyata keçirilir. İnternet resursları artıq çoxdan, sadəcə, informasiya daşıyıcısı olmaqdan çıxıb. Ünsiyyət forması onun ayrı-ayrı hissələrini birləşdirən zəruri platformaya transformasiya olunub. Bu platforma isə bu gün həm də cəmiyyət ilə dövlət arasında kommunikasiyanın təməlini təşkil edir.

“Kommunikasiya texnologiyaları və infrastrukturları kimi internet resursları da artıq cəmiyyətdə özünəməxsus sosial institutlardır. Bu gün bütün dünyada sosial institutlar sosial və mədəni təkamülün siyasi və təhlükəsizlik aspektlərini qabardır, siyasi-ictimai qərarları təftiş edir, bəzən təhlükəli ssenariləri şişirtməklə gərginlik və qorxu xofu yaradır, çıxış yolları təqdim edir və sair. Hazırda internet infrastrukturları bütün dünyada kənar təsir ruporu və platforması rolunu oynayır. Məsələn, maraqlı ölkələrdə 24 saat fasiləsiz əks-təbliğatla “narazı kütlə” formalaşdırılır. Ardınca isə bu aqressiv kütlənin narazı enerjisi yönləndirilməklə yad, reallığa heç bir aidiyyəti olmayan psevdoreallıq formalaşdırılır və sair. Azərbaycana qarşı bu sistem aktiv tətbiq olunur”, - deyə Y.Hacıyeva əlavə edib.

O vurğulayıb ki, son illər ölkədə media institutları və infrastrukturları üçün maliyyə hesabatlılığı, şəffaf fəaliyyət məqsədilə mütərəqqi qanunverici normalar müəyyənləşdirilib. Bu təşəbbüslər daha əvvəllər ölkədə qeyri-şəffaf şərtlərlə kənar maraqların təmsilçisi olan media təsisatlarının və onların kənar himayəçi dairələrinin planlarını pozdu. Bəzi hallarda media təsisatlarının fəaliyyət çərçivəsindən kənara çıxan işi haqqında məlumatlar yayılmaqdadır. Məsələn, Qərb mərkəzlərindən gələn sifarişlər əsasında fəaliyyət qurmaq, aqressiv gündəlik formalaşdırmaq, kənar maraqlara xidmət edən şəxslərin aktivləşməsi xüsusilə diqqət çəkir. Ümumiyyətlə, postsovet ölkələrinin hamısında olduğu kimi, Azərbaycanda da belə şəbəkələrin Qərb ölkələrinin səfirliklərindən təlimatlar alması, bunun müqabilində qrantlara cəlb olunması “təcrübəsi” mövcuddur. Burada məqsəd həm də qrant və qeyri-qanuni maliyyələşmə ilə həyata keçirilən fəaliyyətin “nəticələri” kimi Azərbaycanda söz azadlığının və demokratiyanın olmamasına dair tezisi dəstəkləyəcək proseslərə rəvac verməkdir. Zaman-zaman bu şəbəkələr tərəfindən Azərbaycanda yaşayan etnik azlıqlar üçün milli azadlıq hərəkatına təşviq edən çağırışlar olunur. Bunlar, əslində, Azərbaycan dövlətinin bütövlüyünə, təhlükəsizliyinə hədə törədə biləcək separatizmə çağırışlardır.

“Aprel döyüşləri zamanı, 44 günlük müharibə günlərində, Qarabağda antiterror tədbirləri keçiriləndə, Azərbaycan əsgəri təcavüzkar düşmən gülləsinə tuş gələndə belə bu media təsisatlarında cəmiyyəti çaşdırmağa yönəlmiş təbliğat xarakterli yazılar və məlumatlar tirajlanırdı. Bu şəbəkə ölkəmizdə strateji gərginlik olan məqamlarda Azərbaycan əleyhinə istinad mənbələri yaradır və yalan xəbərlər yayır. Belə media təsisatlarının əsas məqsədləri, sadəcə, cəmiyyət-dövlət monolitliyini zədələmək, milli maraqlar ətrafında xalq-dövlət birliyini sarsıtmağa çalışmaq deyil, həm də Azərbaycanı beynəlxalq müstəvidə gözdən salmağa hesablanmış istinad mənbələri və sair hazırlamaqdır. Təəssüf ki, bu istinad mənbələri daha sonra beynəlxalq platformalarda anti-Azərbaycan təşəbbüslərində istifadə olunan materiallar rolunu oynayır”, - deyə Yeganə Hacıyeva diqqətə çatdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Dekabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri