Icma.az
close
up
RU
Budapeştdə Türk Dövlətləri Gənclərinin iştirakı ilə mədəni musiqili tədbir keçirilib

Budapeştdə Türk Dövlətləri Gənclərinin iştirakı ilə mədəni musiqili tədbir keçirilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Budapeşt, 17 oktyabr, AZƏRTAC

Budapeşt şəhərində Eötvös Loránd Universiteti (ELTE) və Azərbaycan Dillər Universitetinin(ADU) birgə əməkdaşlığı ilə fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində Türk Dövlətləri Gənclər Ansamblının iştirakı ilə çoxşaxəli mədəni-musiqili tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçıları ELTE-ADU Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Fərqanə Bayramlı və Türk Dövlətləri Gənclər Ansamblının rəhbəri Timea Janurik olublar.

Fərqanə Bayramlı çıxışında bildirib ki, bu cür mədəni proqramlar ELTE və Azərbaycan Dillər Universiteti arasında əməkdaşlığın əsas məqsədlərindən biri olan dil, mədəniyyət və gənclər arasında qarşılıqlı inteqrasiyanın gücləndirilməsinə xidmət edir.

Timea Janurik isə vurğulayıb ki, gənclərin müxtəlif xalqlara məxsus musiqi irsi ilə tanış olması onların yaradıcılıq dünyagörüşünü genişləndirir və türk dövlətləri ailəsi daxilində dostluq əlaqələrinin möhkəmlənməsinə mühüm töhfə verir.

Tədbirdə Azərbaycan, Türkiyə, Macarıstan və Qırğızıstan xalqlarına məxsus mahnılar səsləndirilib. Azərbaycanın “Ay Laçın” və “Sarı gəlin” mahnıları ilə yanaşı, macar, türk və qırğız xalqlarının milli musiqi nümunələri ifa olunub.

Proqram çərçivəsində Türk Dövlətləri Birliyinin musiqi və mədəni tarixindən bəhs edilib, ortaq mədəni köklər musiqi vasitəsilə yaşadılıb. Tədbirin əsas məqsədi müxtəlif türk və qohum xalqların musiqi irsini tanıtmaq, gənclər arasında mədəni mübadiləni və birliyi gücləndirmək olub.

Musiqi, gənclik və mədəniyyətin vəhdətini özündə birləşdirən bu tədbir böyük maraqla qarşılanıb. Gələcəkdə bu istiqamətdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsi planlaşdırılır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri