Icma.az
close
up
RU
Azərbaycanda məsafədən kreditləşmənin müsbət və mənfi tərəfləri açıqlanıb

Azərbaycanda məsafədən kreditləşmənin müsbət və mənfi tərəfləri açıqlanıb

Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Mərkəzi Bankı (AMB) məsafədən kreditləşmənin üstün və çatışmaz tərəflərini açıqlayıb.

AMB-dən bildirilib ki, məsafədən kreditləşmənin üstünlüklərinə sürətli və rahat əlçatanlıq, vaxt qənaəti və kreditin rəqəmsal kanallar vasitəsilə fiziki banka getmədən əldə olunması imkanları daxildir. Bu metod müştərilərə müxtəlif kredit təkliflərini müqayisə etmək imkanı da verir.

“Bununla yanaşı, məsafədən kreditləşmənin bəzi çatışmazlıqları da mövcuddur. Əsasən müştərinin kimliyinin düzgün eyniləşdirilməməsi və məlumat təhlükəsizliyində mümkün boşluqlar risk yarada bilər. Həmçinin məsafədən kredit alma prosesində müştəriyə daha az dəstək göstərilə bilər ki, bu da məlumatın düzgün anlaşılmasını çətinləşdirə bilər.

“Bank olmayan kredit təşkilatları haqqında” qanununa edilən dəyişikliklə bağlı hazırlanmış və qüvvəyə minmiş yeni qaydalar kredit risklərinin idarə edilməsi prosesinə dair tələbləri müəyyən edir. Qaydalarda kredit risklərinin qiymətləndirilməsi və inzibatçılığı ilə bağlı minimum tələblər göstərilib, bu da bank olmayan kredit təşkilatlarında (BOKT) risklərin düzgün idarə olunmasını təmin etməyə yönəlib.

Layihədə istehlak kredit müqaviləsinin məsafədən bağlanması zamanı risklərin qarşısını almaq üçün “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunundan və bu qanuna uyğun olaraq hazırlanmış müştəri verifikasiyası qaydalarından istifadə nəzərdə tutulur.

Ən sərfəli kredit üçün müraciət et

AMB-nin İdarə Heyətinin 2022-ci il 4 fevral tarixli Qərarı ilə təsdiq olunmuş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na əsasən məsafədən bank hesablarının açılmasına dair tələblər müəyyən edilib. Hazırkı təcrübə BOKT-larda kredit risklərinin idarə edilməsi qaydasının hazırlanması zamanı istifadə olunacaq.

Bu tənzimləmə prosesinin həyata keçirilməsi bank olmayan kredit təşkilatlarında məsafədən kreditləşmə zamanı müştərilərin identifikasiyasının düzgün aparılmasına və potensial risklərin qarşısının alınmasına kömək edəcək”, – AMB qeyd edir.

Bildirilib ki, Mərkəzi Bankın “2024-2026 Maliyyə Sektorunun İnkişafı Strategiyası” çərçivəsində rəqəmsal maliyyə təşəbbüsləri arasında müştərilərin rəqəmsal kanallarla eyniləşdirilməsinin təkmilləşdirilməsi də nəzərdə tutulub. Bu çərçivədə məsafədən hesabların və müqavilələrin bağlanılması üçün istifadə olunan eyniləşdirmə və imzalama üsulları yenilənəcək. Bank olmayan kredit təşkilatları bu qaydaların tələblərinə əsasən istehlak kreditlərinin rəqəmsal proseslərini inkişaf etdirə biləcəklər, – deyə AMB vurğulayıb.

report

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://banco.az
archiveBu xəbər 05 Noyabr 2024 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri