Azərbaycanda məşhur göl sürətlə QURUYUR FOTOlar
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Lənkəran rayonunda yerləşən Xanbulan gölündə suyun səviyyəsi xeyli azalıb.
Milli.Az xəbər verir ki, bu barədə Oxu.Az-a rayon sakinləri məlumat veriblər.
Sakinlərin sözlərinə görə, son illər göldə bu cür quruma müşahidə etməyiblər. Onlar bildiriblər ki, göldə suyun azalmasına əsas səbəb yağıntıların bu il az olmasıdır.
Qeyd edək ki, sözügedən göl Hirkan meşələrinin ətrafında yerləşir. Xanbulan Lənkəranda təxminən 9 600, Astarada isə 2 000 hektara yaxın torpaq sahəsinin suvarılması üçün istifadə olunan üç əsas mənbədən biridir. Xanbulançay su anbarı vasitəsilə Lənkəranla yanaşı Astarada da içməli su təminatının müəyyən hissəsi ödənilir. Xanbulanın ümumi tutumu 52 milyon kubmetrdır.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 01 Sentyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















