Icma.az
close
up
RU
Azərbaycanda metabolik xəstəliklərin müalicəsində ilkə imza atılıb

Azərbaycanda metabolik xəstəliklərin müalicəsində ilkə imza atılıb

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda metabolik xəstəliklərin müalicəsində ilkə imza atılıb.

Modern.az xəbər verir ki, Referans Medical Group daxilində fəaliyyət göstərən Metabolik Xəstəliklər Mərkəzinin rəhbəri, uşaq metabolik xəstəlikləri üzrə mütəxəssis, pediatr Dr. Ləman Əlirzayevanın rəhbərliyi ilə Hunter sindromu (MPS II) diaqnozu olan 8 yaşlı uşağa ilk dəfə olaraq qan-beyin baryerini keçən KLOTILIA (verenafusp alfa) preparatı tətbiq edilib. Müalicənin ilk mərhələsi Leyla Medical Center-də uğurla həyata keçirilib.

Qeyd edək ki, bu innovativ müalicə preparatın istehsalçı şirkətinin dəstəyi ilə Azərbaycana gətirilib və uşaq üçün tam *ödənişsiz* şəkildə həyata keçirilib. Bu təşəbbüs nadir metabolik xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün müasir müalicə imkanlarının ölkəmizdə əlçatanlaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Hunter sindromu irsi metabolik xəstəlikdir və orqanizmdə müəyyən fermentin çatışmazlığı nəticəsində yaranır. Xəstəlik zamanla müxtəlif orqanlara, eləcə də mərkəzi sinir sisteminə təsir göstərir. Bu səbəbdən xəstələrin vaxtında və düzgün müalicə alması onların həyat keyfiyyəti və gələcək inkişafı üçün böyük əhəmiyyət daşıyır.

İndiyədək istifadə olunan enzim əvəzedici terapiyalar əsasən daxili orqanlara təsir göstərsə də, qan-beyin baryerini keçə bilmədiyi üçün mərkəzi sinir sistemində yaranan zədələnmələrin müalicəsində məhdud imkanlara malik idi. İlk dəfə tətbiq olunan KLOTILIA (verenafusp alfa) preparatı isə qan-beyin baryerini keçərək beyinə çata bilən innovativ müalicə üsullarından biridir.

Preparat 2023-cü ildə ABŞ Qida və Dərman Administrasiyası (FDA) tərəfindən təsdiqlənib. İstehsalçı şirkətin dəstəyi ilə Azərbaycanda tətbiq olunan bu müalicə metabolik xəstəliklərin müalicəsində yeni imkanların yaranması baxımından mühüm addım hesab olunur.

Dr. Ləman Əlirzayevanın sözlərinə görə, əsas məqsəd dünyada effektivliyi sübut olunmuş müasir müalicə üsullarını Azərbaycanda əlçatan etmək və metabolik xəstəliklərdən əziyyət çəkən uşaqların öz ölkəsində yüksək səviyyəli tibbi xidmət almasına şərait yaratmaqdır.

Bu hadisə təkcə bir uşağın müalicəsinin başlanğıcı deyil, eyni zamanda Azərbaycanda metabolik xəstəliklərin müalicəsində yeni imkanların yarandığını göstərən mühüm addımdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 İyul 2026 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri