Icma.az
close
up
RU
Genetik xəstəliklərin müalicəsində yeni ümid

Genetik xəstəliklərin müalicəsində yeni ümid

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Müasir tibb elmi insan sağlamlığını təhdid edən xəstəliklərlə mübarizədə getdikcə daha dəqiq üsullara üz tutur. Bu istiqamətdə atılan mühüm addımlardan biri irsi immun çatışmazlığının yaranmasına səbəb olan genetik qüsurun insanın öz qan kök hüceyrələrində düzəldilməsinin mümkünlüyünün nümayiş etdirilməsidir.

“Medical Xpress” nəşrinin  məlumatına görə, Danimarkanın Orhus Universitetinin alimləri GATA2 çatışmazlığı ilə əlaqəli genetik pozuntunun aradan qaldırılması istiqamətində mühüm nəticə əldə ediblər. Bu irsi xəstəlik orqanizmdə immun hüceyrələrinin azalmasına, infeksiyalara qarşı həssaslığın artmasına və digər ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Tədqiqatçılar xəstədən götürülmüş qan kök hüceyrələrində genetik qüsurun müəyyən hissəsini düzəltmək üçün “prime editing” adlanan müasir gen redaktəsi texnologiyasından istifadə ediblər. Bu üsul DNT-də konkret dəyişikliklər aparmağa imkan verir və gələcəkdə xəstəliyin məhz genetik səbəbinə yönələn müalicələrin hazırlanması üçün perspektiv yaradır.

Araşdırmanın əhəmiyyəti ondadır ki, belə yanaşma bəzi xəstələr üçün donor kök hüceyrələrinin köçürülməsinə alternativ müalicə üsullarının inkişafına yol aça bilər. Alimlərin fikrincə, texnologiyanın gələcək imkanları yalnız GATA2 çatışmazlığı ilə məhdudlaşmaya, genetik səbəbi dəqiq müəyyən edilmiş digər irsi xəstəliklərin müalicəsinə də töhfə verə bilər.

Bununla belə, əldə olunan nəticə hələ geniş klinik tətbiqə hazır müalicə üsulu demək deyil. Metodun təhlükəsizliyini, effektivliyini və insan orqanizmində uzunmüddətli təsirini müəyyənləşdirmək üçün əlavə tədqiqatlar aparılmalıdır.

Bu elmi nailiyyət bir daha göstərir ki, genetika sahəsindəki tərəqqi xəstəliklərlə mübarizədə yeni üfüqlər açır. Laboratoriyada əldə edilən hər bir uğur gələcəkdə daha fərdiləşdirilmiş və dəqiq müalicə üsullarının yaradılması üçün mühüm zəmin ola bilər.

N.Adilqızı
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2026 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see936

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see395

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see347

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see335

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see312

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see305

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see267

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see265

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see246

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see183

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri