Icma.az
close
up
RU
Azərbaycanda metro və avtobusda gedişhaqqı artırılır? Fərqli sistem...

Azərbaycanda metro və avtobusda gedişhaqqı artırılır? Fərqli sistem...

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İctimai nəqliyyatda gedişhaqqının 90 qəpik və ya 1 manata qaldırıla biləcəyi ilə bağlı iddialar gündəmi zəbt edib. Xüsusilə gündə 4-6 dəfə nəqliyyatdan istifadə edən vətəndaşlar üçün belə artımın ciddi yük yaradacağı bildirilir. Ekspertlərin rəyinə görə, qiymət bu cür kəskin şəkildə artsa, orta və aşağı gəlirli ailələrin büdcəsinə birbaşa təsir göstərəcək.

Globalinfo.az-a danışan REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib ki, Azərbaycanda birdəfəlik gedişhaqqının məbləği turistlər üçün maraqlı olmalıdır:

“Çünki ölkədə mövcud nəqliyyat sistemi düzgün qurulmayıb və birdəfəlik gedişhaqqı metro və avtobuslardan az istifadə edənlərə aid edilməlidir. Yerli sərnişinlər üçün gündəlik, həftəlik, altı aylıq və illik gediş biletləri təsis olunmalıdır. Bu biletləri alan vətəndaşlar, xüsusilə də Bakıda yaşayanlar üçün fərqli tariflər müəyyən edilməlidir. Məsələn, əgər bir günlük bilet alınırsa və gün ərzində istənilən qədər nəqliyyatdan istifadə edilirsə, qiymət birdəfəlik gedişhaqqından bir qədər ucuz olmalıdır. Aylıq biletlər təxminən 20 faiz, altı aylıq biletlər 30-40 faiz, illik biletlər isə 50 faiz daha ucuz müəyyən edilməlidir. Belə sistem Avropa ölkələrində tətbiq olunur və sərnişinlər üçün həm daha sərfəli, həm də rahatdır”.

Natiq Cəfərli

İqtisadçı bildirib ki, qiymət artımındansa tələbələr və təqaüdçülər üçün xüsusi güzəştli gedişhaqqı biletləri satılmalıdır:

“Onlar ayrıca bir kateqoriya kimi nəzərə alınmalıdır. Ümumiyyətlə, Azərbaycanda daha mürəkkəb, lakin işlək və ədalətli nəqliyyatda gedişhaqqı sistemi yaradılmalıdır. Əks halda, nəqliyyatda qiymət artımları nə keyfiyyətə, nə də sərnişin məmnuniyyətinə müsbət təsir göstərəcək”.

Qeyd edək ki, hazırda Almaniya (aylıq), Avstriya (illik), Portuqaliya (aylıq), Sloveniya (aylıq, həftəlik, günlük), Malta (həftəlik, aylıq),  Rumıniya (Buxarest – həftəlik, aylıq, yarım illik və illik), İrlandiya (Dublin – aylıq və başqa müddətli (Leap Card), BƏƏ (Dubay, Əbu-Dabi – gündəlik, həftəlik, aylıq və sair), Kanada (aylıq), Fransa (Paris – həftəlik, aylıq, illik), İsveçrə kimi ölkələrdə nəqliyyat vasitələri üçün abunə biletləri təklif edilir. Dünyada bu sistemə keçidlər bağlı konkret statistika olmasa da, təxminən 15–16 ölkənin sözügedən üsuldan istifadə etdiyini demək olar.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Avqust 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri