Icma.az
close
up
RU
Azərbaycanda muzey mədəniyyətinin inkişaf dinamikası kolleksiyalardan arxeoloji muzeylərə

Azərbaycanda muzey mədəniyyətinin inkişaf dinamikası kolleksiyalardan arxeoloji muzeylərə

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

18 may - Beynəlxalq Muzeylər Gününün təsis olunmasından keçən təqribən yarım əsrlik zaman kontekstində muzeylərimizin tarixi inkişaf yoluna qısa bir nəzər salarkən Azərbaycan muzeylərinin şəxsi kolleksiyalar, məktəb muzeyləri kimi sadə saxlanc yerlərindən başlayaraq müasir texnoloji imkanlarla təchiz olunan  muzeylərin formalaşdırılmasınadək intensiv inkişaf yolu keçdiyi və zəngin maddi-mədəniyyət nümunələri ilə dünya mədəniyyətinə qiymətli töhfələr verdiyi aydın görünür.

Azərbaycan mədəniyyəti, tarixi irsi, mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə çatdırılmasında muzeylər xüsusi əhəmiyyət daşımışdır. Ümummilli lider Heydər Əliyev milli-mənəvi və tarixi dəyərlərimizin təbliğində muzeylərin rolunu yüksək qiymətləndirərək demişdir: “Öz mədəni irsini qoruya bilməyən xalq nəyə qadir olduğunu heç vaxt sübut edə bilməz. Muzeylərin mənası, əhəmiyyəti sadəcə olaraq hansısa bir ədibin həyat yolunu və yaradıcılığını təbliğ etməkdən ibarət deyildir. Azərbaycan xalqının tarixini təbliğ və əks etdirməkdən, mədəniyyətimizin səviyyəsini göstərməkdən ibarətdir”. Bu fikirlər əməli addımlarla da təsdiqlənmiş, ölkəmizdə muzeylərin yaradılması və milli ruhda təkmilləşdirilməsi sahəsində ciddi addımlar atılmışdır. 1972-ci ildə Bakı şəhərində Azərbaycan Xalça Muzeyinin açılması, 1975-ci ildə Ü.Hacıbəyovun ev-muzeyinin yaradılması, 1977-ci ildə Ordubad Tarix-Memarlıq Qoruğunun təşkili və 1979-cu ildə fəaliyyətə başlaması Sovet imperiyasının tərkibindəki xalqların milli-mədəni dəyərlərini assimilyasiya etdiyi dövrdə belə Heydər Əliyevin hər hansı risklərlə qarşılaşmaq bahasına olsa da, tarixi-mədəni irsimizi, eləcə də onların saxlanc yerləri olan muzeyləri himayə etməsinin bariz nümunələrindəndir.

Müstəqilliyimizin bərpasından sonra bu sahə daha da inkişaf etdirilmiş və şaxələndirilmişdir. Nəticədə funksiyalarına görə müxtəlif sahələri əhatə edən çoxsaylı muzeylər şəbəkəsi yaradılmışdır. Vaxtı ilə sadəcə ayrı-ayrı tanınmış ziyalıların təşəbbüsü ilə şəxsi evlərdə, məktəblərdə təşkil olunan kolleksiyalarla təmsil olunan kiçik muzeylər günümüzdə tarix muzeyləri, ədəbiyyat muzeyləri, xatirə muzeyləri, milli dəyərlər muzeyləri, açıq hava muzeyləri və arxeoloji muzeylərin yaradılmasınadək tarixi inkişaf yolu keçmişdir.

Arxeoloji muzeylər digər muzeylərlə müqayisədə bir qədər gec formalaşsa da, onlardan fərqli olaraq, daha tez qloballaşmış və günümüzdə böyük ziyarətçi kütləsinin diqqətini çəkməkdədir. Bu, bir tərəfdən onların dil məhdudiyyətinin olmamasından qaynaqlanır, çünki arxeoloji eksponatlar görüntüsü, xüsusiyyəti ilə aid olduğu dövrü, daşıdığı mədəniyyəti əks etdirir, yəni eksponatlar bələdçiyə-tərcüməçiyə ehtiyac duymadan özü “danışır”. Digər tərəfdən arxeoloji eksponatlar çox vaxt həm də sənət əsəri olaraq sərgilənir. Onlar müxtəlif dövrlərdə və müxtəlif toplumların yaratdığı mədəniyyətlərin, insanlığın minilliklərdən süzülüb gələn yaddaşının daş, metal, keramikaya köçürülmüş təzahür formasıdır. Ziyarətçilər bu materiallar timsalında tarixə qədərki tarixin bu qiymətli sənət əsərlərinə baxarkən, həmin tarixə “toxuna” bilirlər. Bu baxımdan onların saxlandığı Arxeoloji muzeylər qədim toplumların həyat tərzi, inancları, sənətkarlığını özündə əks etdirən “daşlaşmış bələdçilər” olaraq xüsusi əhəmiyyət daşıyırlar.

Dünyada arxeoloji muzeylərin təşkilinin 2 təcrübəsi geniş tətbiq edilməkdədir. Birinci qrupa aid olan muzeylər açıq səma altında təşkil olunan Misir ehramları, Roma Kolizeyi, Efes şəhər qalıqları, eləcə də Azərbaycanın Qobustan, Gəmiqaya qayaüstü təsvirləri kimi birbaşa arxeoloji abidənin aşkar olunduğu ərazidəki daşınmaz artefaktlarla təmsil olunur. İkinci qrupa aid olanlar isə xüsusi tarixi binalarda arxeoloji tədqiqatlar nəticəsində əldə edilən müxtəlif sənətkarlıq nümunələrinin sərgiləndiyi arxeoloji muzeylərdir. Belə muzeylərə Yunanıstan, Türkiyə, İtaliya, Rusiya və digər ölkələrin məşhur şəhərlərində rast gəlmək mümkündür. Afina Beynəlxalq Arxeoloji Muzeyi, İstanbul Arxeoloji Muzeyi, Florensiya Beynəlxalq Arxeoloji Muzeyi nümayiş etdirdikləri müxtəlif arxeoloji mədəniyyətlərin  sənət əsərləri ilə hər il çoxsaylı ziyarətçi axınını cəlb etməkdədir. 

Azərbaycanda bu sahədə təməli hələ Ümummilli lider tərəfindən atılmış  tədbirlər XXI əsrdə daha da intensivləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2005-ci il tarixli sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu idarəsinin yaradılması, 26 dekabr 2011-ci il tarixdə Qobustan Milli Tarixi-Bədii Qoruğunun yeni muzeyinin açılışında Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın şəxsən iştirak etməsi,  22 dekabr 2018-ci il tarixində Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarix-Memarlıq Qoruğu Muzeyi, İçərişəhər Tarixi Muzeyi, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu muzeylərini birləşdirən “İçərişəhər” Muzey Mərkəzinin yaradılması, 2024-cü il 21 fevral tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Ordubad Tarix-Memarlıq Qoruğunun ərazisinin “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilməsi  arxeoloji abidələrin tarixi-memarlıq abidələri və milli-etnoqrafik dəyərlərlə kompleks şəkildə dövlət tərəfindən qorunduğunun bariz nümunələridir. Ayrıca olaraq Arxeoloji muzeylərin təşkili isə əsasən müxtəlif tədqiqat institutları nəzdində həyata keçirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu nəzdində, həmçinin AMEA-nın Naxçıvan Bölməsində fəaliyyət göstərən Arxeologiya və Etnoqrafiya Muzeyi məhz bu sahədə ixtisaslaşmışdır. Belə muzeylərin fəaliyyəti Azərbaycanın yer altındakı tarixi sərvətlərindən olan arxeoloji tapıntıların qorunması, nümayiş etdirilməsi ilə məhdudlaşmır, eyni zamanda yeni tapıntıların tədqiqi ilə bağlı yerli və əcnəbi tədqiqatçıların məhz bu muzeylərə axınını da stimullaşdırır. Onların ziyarətçi auditoriyası da müxtəlifdir: maddi-mənəvi mədəniyyətimizə dəyər verən geniş ictimaiyyət, tarixinə toxunmaq arzusunda olan gənc nəsil, vətənin yazıya qədərki tarixinin daşlaşmış izlərini axtaranlar, ən başlıcası isə etibarlı tarixi faktlar axtaran yerli və əcnəbi tədqiqatçılar. Belə bir ziyarətçi auditoriyasının olması arxeoloji muzeylərin beynəlxalq mədəni əməkdaşlıqlara töhfə verəcək potensialından da xəbər verir. Məqsədyönlü dövlət siyasəti nəticəsində Azərbaycan muzeylərinin dünyanın bir çox nüfuzlu muzeyləri ilə əməkdaşlığı, beynəlxalq mədəni əlaqələri sahəsində əhəmiyyətli uğurlar əldə edilmişdir.

Zeynəb Quliyeva

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Tarix elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://525.az
archiveBu xəbər 17 May 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see267

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see228

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see203

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see186

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see180

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see173

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see163

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see154

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see146

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see144

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see143

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see138

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see137

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see135

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see133

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see132

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see132

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri