Azərbaycanda ötən mövsüm futbolçulara ən çox əməkhaqqı ödəyən klub Neftçi olub
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 17 dekabr, AZƏRTAC
Ötən mövsüm Misli Premyer Liqasında çıxış edən klubların futbolçularına ödədikləri əməkhaqqının məbləği açıqlanıb.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, 2024/2025-ci illər mövsümündə oyunçulara ən çox maaş ödəyən klub "Neftçi" olub. Paytaxt təmsilçisində bu məbləğ 18 milyon 287 min 111 manat təşkil edib.
Bu göstəricidə ikinci pillədə "Qarabağ" qərarlaşıb. Ağdam klubu futbolçularına 13 milyon 878 min 800 manat məvacib ödəyib.
Bu rəqəm "Sabah"da 8 milyon 911 min 200, "Sumqayıt"da 4 milyon 431 min 100, "Səbail"də 4 milyon 385 min 800, "Zirə"də 4 milyon 287 min 627, "Araz-Naxçıvan"da 3 milyon 619 min 200, "Turan Tovuz"da 2 milyon 613 min 900 manat təşkil edib.
Ötən mövsüm futbolçulara ən az əməkhaqqı ödəyən klublar isə "Kəpəz" (1 milyon 754 min 700 manat) və "Şamaxı" (1 milyon 4 min 300 manat) olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 17 Dekabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















