Türkiyəyə yenidən sərt qış gəlir 20 bölgəyə xəbərdarlıq edildi
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qonşu ölkdə Türkiyə daha bir sərt şaxtalı hava dalğasının təsiri altına düşəcək.
BAKU.WS xəbər verir ki, son günlər ölkə üzrə müşahidə olunan yazı xatırladan hava şəraiti yaxın günlərdə yerini yenidən qış soyuğuna verəcək.
Ölkənin Meteorologiya Baş İdarəsinin (MGM) proqnozlarına əsasən, temperatur göstəriciləri kəskin şəkildə enəcək, bir çox bölgədə güclü yağış və qar olacaq.
Kəskin hava şəraiti daha çox İstanbulda hiss olunacaq. Gələn həftənin əvvəlində şəhərdə əvvəlcə sulu qar, daha sonra isə qar gözlənildiyi açıqlanıb.
Marmara, Egey, Aralıq dənizi, Qərbi Qara dəniz bölgələri, Mərkəzi Anadolunun şimal və qərb əraziləri, Cənub-Şərqi Anadolunun qərbi, eləcə də Nevşehir və Karaman ətraflarında güclü yağış proqnozlaşdırılır.
Şərqi Anadolunun cənub-şərq hissəsində isə qar yağacağı gözlənilir.
Meteorologiya Baş İdarəsi 20 bölgə üçün sarı hava xəbərdarlığı elan edib. Həmin bölgələrdə güclü yağış və fırtına riski olduğu bildirilib.
Yeni həftə ilə birlikdə havaların daha da soyuması gözlənilir.
Bazar ertəsi günündən etibarən Trakya bölgəsindən başlayaraq temperaturun sürətlə enəcəyi, bəzi yerlərdə şaxtanın qeydə alınacağı qeyd olunur.
Kırklareli və Edirnədə temperaturun mənfi 1 dərəcəyə qədər düşəcəyi, İstanbulda isə 15 dərəcədən 5 dərəcəyə enəcəyi proqnozlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 29 Yanvar 2026 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















