Icma.az
close
up
RU
Azərbaycanda planşetlərdə Chrome un payı bir ayda 13 % azalıb

Azərbaycanda planşetlərdə Chrome un payı bir ayda 13 % azalıb

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Bu ilin sentyabr ayında Azərbaycanda bütün platformalarda (kompüterlər, mobil cihazlar, planşetlər) "Chrome" brauzerinin bazar payı 79,63 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, avqust ayına nisbətən 0,85 faiz bəndi, 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 1,16 faiz bəndi çoxdur.

İkinci pillədəki "Safari"nin bazar payı aylıq 0,82 faiz bəndi, illik isə 1,85 faiz bəndi azalaraq 8,66 % olub.

Növbəti yerdə qərarlaşan "Samsung Internet"in bazar payı ay ərzində 0,55 faiz bəndi, illik müqayisədə isə 0,83 faiz bəndi azalaraq 3,1 % təşkil edib.

Dördüncü yerdəki "Opera"nın bazar payı aylıq 0,18 faiz bəndi artaraq, illik isə 0,06 faiz bəndi azalaraq 2,82 % təşkil edib.

İlk beşliyi qapadan "Edge"nin bazar payı aylıq 0,24 faiz bəndi, illik isə 0,41 faiz bəndi artaraq 2,19 % olub.

Müxtəlif platformaların bazar payına görə brauzerlərin ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

"Chrome" – 84,76 % (aylıq 2,44 faiz bəndi və illik 5,03 faiz bəndi çox);

"Edge" – 4,99 % (aylıq 0,82 faiz bəndi və illik 1,53 faiz bəndi az);

"Opera" – 3,7 % (aylıq 0,07 faiz bəndi və illik 2,25 faiz bəndi az). Onun bazar ardıcıl olaraq 3-cü aydır azalır. Beləliklə "Opera" ümumilikdə payının 22,4 %-ni itirib;

"Safari" – 2,17 % (aylıq 0,45 faiz bəndi və illik 1,08 faiz bəndi az);

"Yandex Browser" – 1,84 % (aylıq 0,74 faiz bəndi və illik 0,11 faiz bəndi az);

Mobil cihazlarda:

"Chrome" – 75,9 % (aylıq 1,2 faiz bəndi və illik 2,2 faiz bəndi az);

"Safari" – 13,51 % (aylıq 0,77 faiz bəndi və illik 0,47 faiz bəndi çox);

"Samsung Internet" – 5,47 % (aylıq 0,02 faiz bəndi və illik 0,07 faiz bəndi çox);

"Opera" – 2,17 % (aylıq 0,05 faiz bəndi və illik 0,38 faiz bəndi çox);

"Yandex Browser" – 1,59 % (aylıq 0,25 faiz bəndi və illik 0,39 faiz bəndi çox);

Planşetlərdə:

"Chrome" – 65,5 % (aylıq 9,55 faiz bəndi və illik 5,7 faiz bəndi az). Beləliklə onun bazar payı ay ərzində 13 % azalıb;

"Safari" – 13,46 % (aylıq 1,88 faiz bəndi az və illik 5,72 faiz bəndi çox);

"Android" – 9,51 % (aylıq 2,38 faiz bəndi və illik 2,22 faiz bəndi çox);

"Yandex Browser" – 9,05 % (aylıq 7,56 faiz bəndi və 8,3 faiz bəndi çox);

"Opera" – 1,35 % (aylıq 0,81 faiz bəndi və illik 0,34 faiz bəndi çox);

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Oktyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri