Azərbaycanda professional futbol klublarının belə psixoloqu yoxdur Videomüsahibə
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda idman psixologiyası anlayışı hələ geniş yayılmasa da, bu sahəyə maraq son dövrlər artmağa başlayıb. Mütəxəssislərin fikrincə, idmançının yalnız fiziki deyil, həm də psixoloji hazırlığı uğurun əsas açarlarından biridir.
"European Football Academy" (EFA) klubu bu təşəbbüsü həyata keçirən ilk komandadır. Belə ki, EFA idman psixologiyasını tanıtmaq, yeniyetmə futbolçulara motivasiya, fokus və özünəinam bacarıqlarını inkişaf etdirmək üçün maarifləndirici layihəyə start verib.
Bununla bağlı "Unikal"a danışan EFA futbol komandasının psixoloqu, həmçinin Türkiyənin bir sıra akademiyalarında çalışmış, SDU-nun müəllimi Erdoğan Elsan bildirib ki, Azərbaycanda bu sahəyə ehtiyac var:
"İdman psixologiyası digər sahələrdən fərqlənir, əsasən pratikaya dayanır. Bizim əsas vəzifəmiz, oyuna başlamazdan əvvəl futbolçulara motivasiya vermək və onları oyuna hazırlamaqdır. Bu, önəmli məsələlərdən biridir".
Erdoğan Elsan onu da əlavə edib ki, Azərbaycanda idman psixoloqu demək olar ki, yox vəziyyətindədir:
"Azərbaycanda ümumi idman sahələrinə baxdıqda, demək olar ki, idman psixoloqu yoxdur. Professional futbol klubları, federasiyalar və digər idman növlərində bir psixoloq yoxdur. Çünki bunun fərqində deyillər. Buna görə də idmanda istədiyimiz yerə gəlib çıxa bilmirik".
Ətraflı süjetimizdə.
Müxbir: Gülayə Mecid
Video: Turqut Sultan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 31 Oktyabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















