Icma.az
close
up
RU
Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? KONKRET

Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda 18 yaşına çatmış vətəndaşlar “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna uyğun olaraq müddətli həqiqi hərbi xidmətə cəlb edilirlər. 

Müəyyən hallarda (məsələn, təhsil, sağlamlıq durumu və s.) qanunla nəzərdə tutulmuş əsaslarla hərbi xidmətə çağırışa möhlət verilə bilər. Bir sıra ölkələrdə, alternativ hərbi xidmət və ya ödənişli xidmət növü mövcuddur.

Məsələn, qardaş Türkiyədə ödənişli hərbi xidmət növü var. Hazırda orada ödənişli əsgərliyin məbləği 417 min TL və ümumilikdə hərbi xidmət müddəti 32 gün təşkil edir. Dünyada ödənişli əsgərlik və ya alternativ  xidmət Türkiyə, Avstriya, Finlandiya və İsveçrə kimi ölkələrdə fərqli üsullarla qüvvədədir.

Azərbaycanda isə bu istiqamətdə müzakirələr aparılmasına baxmayaraq, hələ ki,  yeni bir qərar öz təsdiqini tapmayıb.  Ümumiyyətlə, Azərbaycanda ödənişli əsgərlik tətbiq edilə bilərmi?

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Cebheinfo.az-a bildirib ki, Azərbaycanda alternativ hərbi xidmət olmalıdır və olacaq:

“Sadəcə olaraq  bizdə hələlik bu məsələyə  diqqət yetirmək istəmirlər. Bizdə “Alternativ hərbi xidmət haqqında” Qanun qəbul olunmalıdır. Hələ 1990-cı ildə bu məsələ gündəmdə olsa da, öz həllini tapmadı. 2020-ci ildən Qarabağ məsələsi həll olunub.

Sadəcə bizim millət vəkilləri müxtəlif sənədləri müzakirə etsələr də, “Alternativ hərbi xidmət haqqında” Qanuna fikir bildirmirlər. Alternativ hərbi xidmət olacağı təqdirdə ödənişli xidmətə də baxıla bilər.

Məsələn, mən ali təhsil alıramsa, toplantılara cəlb edirlər, əqidəm imkan vermirsə, ödəniş edirəm və alternativ hərbi xidmət keçirəm. Sadəcə bu istiqamətdə məsələni müzakirə etmək istəmirlər.

Bir sıra ölkələrdə, Gürcüstanda, qardaş Türkiyədə təcrübə var ki, hərbi xidmətlə bağlı müəyyən ödəniş edir, həmin vəsait hərbinin və yaxud güc strukturunun tələbatını ödəyir. Sadəcə olaraq  bunu reallaşdırmaq lazımdır.

Ancaq qanunvericilik  orqanı və yaxud müvafiq güc strukturlarının rəhbərləri nədənsə özlərinə əziyyət vermək istəmir”. Ekspert bildirib ki, mütləq Azərbaycanda da bu barədə qanun olacaq:

“Ancaq nə qədər tez olsa, bir o qədər yaxşıdır. Mən şəxsən bunun tərəfdarıyam”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 May 2026 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri