Icma.az
close
up
RU
Azərbaycanda qadın meşəlik ərazidə həmcinsini odunla döydü

Azərbaycanda qadın meşəlik ərazidə həmcinsini odunla döydü

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Astara rayonunda meşə zolağında iki qadın arasında yaranan mübahisə sonda cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1999-cu il təvəllüdlü Səbinə ilə həmkəndlisi Nərminə (adlar şərtidir – red.) arasında mübahisə yaranıb. 
Səbinə yaşadıqları kənddə meşə zolağında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı Nərminənin bədəninin müxtəlif nahiyyələrinə odun parçası ilə vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Səbinənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Səbinə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, evlidir, 3 uşaq anasıdır, rəsmi olaraq heç bir yerdə işləmir:
“Zərərçəkmiş Nərminə həmkəndlimdir, əvvəllər aramızda münasibətlərimiz yaxşı olub, qərəzli münasibətlərimiz olmayıb. Təxminən hazırkı hadisədən iki həftə əvvəl Astara rayonunun kəndində meşə ərazisində külək nəticəsində bir ədəd qoz ağacı yıxıldı. Hadisə günü, saat 15 radələrində küləyin əsməsi nəticəsində yıxılan qoz ağacından odun qıran zaman həmkəndlim Nərminə yanıma gəldi. Mənə bildirdi ki, bu ağacı qayınatam əkib, qoz ağacı bizə məxsusdur, burdan odun qırma, uzaqlaş. Ona bildirdim ki, bu ağac evindən 500 metr uzaqda yıxılıb, meşə zolağına aiddir, haradan onun oldu. Bundan sonra aramızda mübahisə yarandı. Mübahisə zamanı Nərminə ünvanıma nalayiq ifadələr işlətdi, məni odun parçası vurdu. Mən də əsəbləşərək yerdən götürdüyüm odun parçası ilə onun bədəninin müxtəlif nahiyəsinə vuraraq onu döydüm”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Nərminə ilə dartışan zaman odun parçası yerə düşüb və sonra ayrılıblar: “Mübahisəyə səbəb həmkəndlim Nərminə meşə zolağında yıxılan qoz ağacından odun qırmağına icazə verməməsi və məni vurması olub. Mübahisə zamanı istifadə olan odun parçası Nərminə ilə dartışan zaman yerə düşdü. Hara düşdüyünü xatırlamıram. Həmin vaxt hadisə yerində tək olmuşam. Mən özümü müdafiə etməyə çalışmışam. Kaş ki, heç müdafiə də etməzdim. Ancaq bu zaman Nərminə mənə vurmuş olardı”.
Astara Rayon Məhkəməsinin hökmü ilə Səbinə aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Cəzaçəkmə müddətinin əvvəli təqsirləndirilən şəxsin qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanması qərara alınıb. Hökmün icrası Astara rayon İcra və Probasiya şöbəsinə tapşırılıb.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:435
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Aprel 2026 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri