Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İngiltərə millisinin və “Bavariya”nın hücumçusu Harri Keyn oyununda hansı məqamları təkmilləşdirmək istədiyindən danışıb.
QOL.az xəbər verir ki,“Qızıl top” mükafatının son sahibi öz oyununda hələ də inkişaf etdirməli olduğu məqamların olduğunu bildirib.
“Əlbəttə! Həmişə təkmilləşdirmək istədiyin nələrsə olur. Bu, karyeramı başa vurmaq qərarına gələcəyim günə qədər belə davam edəcək. Bununla belə, indiyədək heç vaxt özümü bu qədər universal futbolçu hesab etməmişəm. Həm fiziki, həm də psixoloji baxımdan meydana çıxanda imkanlarımın zirvəsində olduğumu hiss edirəm. Oyunu anlamaq, boş zonaları görmək, düzgün mövqe seçmək, müdafiəçiləri üzərimə çəkmək və qol imkanlarından yararlanmaq baxımından hazırda ən yaxşı səviyyədəyəm. Bunu məşqlərdə, xüsusilə də vurduğum qollarda görürəm".
33 yaşlı hücumçu əvvəlki “Qızıl top” qaliblərindən birinin keyfiyyətini özündə görmək istədiyini də gizlətməyib.
“Əgər elə indi Messinin sol ayağına sahib olsaydım, məni dayandırmaq demək olar ki, mümkünsüz olardı”, - deyə Keyn gülümsəyərək əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 02 Noyabr 2026 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















