Icma.az
close
up
RU
Bu komandalar Qarabağ üçün güclü sınaq rəqibləridir AÇIQLAMA

Bu komandalar Qarabağ üçün güclü sınaq rəqibləridir AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bildiyimiz kimi, “Qarabağ” bu gün Türkiyədə keçirilən təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama görüşünə çıxacaq.

Ümumilikdə bu tip oyunların keçirilməsində əsas məqsəd nədir?

Redaktor.az-a açıqlamasında idman jurnalisti, ekspert Kənan Məstəliyev bildirdi ki, "Qarabağ"ın təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarının əsas məqsədi komandanın həm qarşıdakı Çempionlar Liqası matçına, həm də ümumilikdə qış fasiləsindən sonrakı çempionatın ikinci yarısına yüksək səviyyədə hazırlaşmasını təmin etməkdir:

"Təlim-məşq toplanışları adətən fasilənin müddətindən asılı olaraq iki və ya üç həftə davam edir. Lakin bu dəfə "Qarabağ" üçün toplanış nisbətən qısa müddətli olacaq. Bunun əsas səbəbi digər komandalardan fərqli olaraq "Qarabağ"ın eyni zamanda Çempionlar Liqasında da iştirak etməsidir. Məhz buna görə fasilə daha qısadır və komanda toplanışı daha intensiv keçirməyə məcburdur. Təlim-məşq toplanışının ilkin mərhələsi Bakıda, komandanın öz bazasında keçirilib. İkinci mərhələ üçün isə Antalya seçilib. Bu seçimin əsas səbəbləri burada həm yüksək səviyyəli məşq şəraitinin olması, həm də güclü sınaq rəqiblərinin mövcudluğudur. Çünki bir çox komandalar da eyni məqsədlə Antalyada toplanış keçirir və əsas heyəti yoxlamaq üçün keyfiyyətli rəqiblərə ehtiyac duyurlar".

Mütəxəssis qeyd etdi ki, "Qarabağ"ın təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağı rəqiblər Özbəkistan və Polşa təmsilçiləridir:

"Bu komandalar güclü sınaq rəqibləri hesab olunur. "Qarabağ" bu oyunlarda həm əsas heyəti, həm də ehtiyat qüvvələri sınaqdan keçirmək imkanı əldə edəcək. Bu isə komandanın yanvarın 21-də Bakıda Almaniyanın “Ayntraxt” klubu ilə keçirəcəyi qarşılaşmaya tam hazır və optimal formada çıxmasına şərait yaradacaq".

Xədicə BAXIŞLI 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Yanvar 2026 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri