Icma.az
close
up
RU
Azərbaycanda qorxunc proses: yüzlərlə ev boş qalıb insanlar ora axışır

Azərbaycanda qorxunc proses: yüzlərlə ev boş qalıb insanlar ora axışır

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sosial şəbəkələrdə Lerikin Ərdəbilə kəndindən bir video qarşıma çıxdı. Bu kənddə cəmi üç ailə yaşayır. Amma kənd əvvəldən belə olmayıb. 

Təəssüf ki, tərk edilən, az qala unudulan kəndlər təkcə Lerikdə deyil, ölkənin dörd bir yanında var.

Mən də şahidəm. Öz rayonumuzdan – Kürdəmirin kəndlərindən danışa bilərəm. Anamın doğulduğu, boya-başa çatdığı Mollakənddə illər öncə əhali kifayət qədər idi. Kənd camaatı zaman-zaman Rusiya və Qazaxıstana üz tutsa da, kəndin ocağı sönməmişdi. Amma son beş ildə mənzərə dəyişib – gənclər Bakıya axın edib. Çünki nə kənddə, nə də rayonun özündə işləmək imkanı var.

Ata kəndim olan Garıs Əyribənddə də vəziyyət fərqli deyil. Beş il öncə ən azı 300 nəfər sakini olan kənddə bu gün ən yaxşı halda 80-100 nəfər qalıb. Onlar da əsasən orta və yaşlı nəsil nümayəndələridir.

Kürdəmirin üç deputatı var: Rafayel Hüseynov, Jalə Əliyeva və Əminə Ağazadə. Rayon camaatının bəxti, görünür, bircə Jalə Əliyeva ilə gətirib. Çünki o biri deputatları nə kənddə görən olub, nə də onlardan bir səs eşidən. Əgər bir millət vəkili seçildiyi bölgənin kəndlərinə ayaq basmırsa, kəndlinin dərdini, kasıbın səsini eşitmirsə, o mandat nə üçün verilib?

Əsas problem kəndlərin boşalmasıdır. Bu da yalnız bir səbəbdən – işsizlikdən qaynaqlanır. Rayonlarda, kəndlərdə nəinki yeni iş yerləri açılır, əksinə, olanlar da bağlanır. İndi əksər kəndlərin gənc qız və oğlanları universitetlərə daxil olmur. Buna görə onları qınamaq olmaz. Çünki ailələr kasıbdır, gəlir sabit deyil, təhsil haqqı göylərdə uçur. Amma təhsil alanlar da geriyə, kəndə qayıtmaq istəmir. Ona görə ki, ali təhsilli bir gəncin kənddə işləyə biləcəyi sahə yoxdur. Hər kəs Bakıya toplaşıb. Bakı onsuz da doludur, indi rayondakı yük də onun üstünə düşür.

Həmçinin oxuyun:

Prezident və birinci xanım Sarıcalı kəndinin ilk mərhələsinin açılışında – FOTO

Məsələn, Mollakənddə böyük bir xəstəxana var. Adam elə bilir ki, uzaqdan baxdıqda belə ora uçacaq. Şüşələri qırılmış, özü isə xarabalığı xatırladır… Həkim heyəti çatışmır, tibbi avadanlıqdan əsər-əlamət yoxdur. Halbuki bu xəstəxana təmir olunsa, lazımi tibbi cihazlarla təmin edilsə, bir təcili yardım maşını ayrılsa və rayonun tibb təhsilli gəncləri kəndə qayıtsa, azı 10 kənd bu xəstəxanadan yararlana, bir neçə işsiz gənc isə işlə təmin oluna bilər. Yaxın kəndlərdə aptek belə yoxdur. Çünki aptek açmaq üçün lisenziya almaq çox bahadır. Birinin gecə dişi ağrısa, dərman almaq üçün maşın tapıb rayon mərkəzinə getməli olacaq… Çox ağlamalı vəziyyətdir! Hətta onu da qeyd edim ki, ara küçələrdə yollar bərbad vəziyyətdə olduğu üçün qışda oradan keçmək mümkün olmur. İcra başçıları istəsələr, həmin yollara əncam çəkə bilərlər. Amma istəsələr…

Təhsilsiz qalan gəncləri peşə məktəblərinə yönəldib, peşə verdikdən sonra onları yerli zavod və müəssisələrdə işlə təmin etsələr, heç kim kəndi tərk etməz. Lakin kənddə nə toxuculuq, nə xalçaçılıq, nə də süd emalı müəssisəsi var. Dövlət bu istiqamətdə planlı şəkildə proqram həyata keçirsə, kəndlər yenidən dirçələr. Bu, təkcə iqtisadi məsələ deyil, həm də sosial balans məsələsidir. Əgər orada uşaq doğulmur, məktəb bağlanırsa, gələcək necə olacaq?

Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafını daim diqqətdə saxlayır. Dövlət başçısının sərəncamları ilə illərdir bölgələrə milyonlarla manat vəsait ayrılır, infrastruktur layihələri həyata keçirilir. Bu, prinsip etibarilə kəndlərə yeni nəfəs gətirməyə yönəlmiş siyasətdir. Lakin problem ondadır ki, bəzi hallarda bu vəsaitin yerli səviyyədə istifadəsinə nəzarət zəifdir. Pul ayrılır, layihə kağız üzərində gözəl görünür, amma kəndə gedəndə nəticə görünmür.

Kəndlərin boşalması yalnız iqtisadi deyil, həm də strateji təhlükədir. Əgər kənd boşalırsa, deməli, biz ərazilərimizi itiririk. Xüsusilə sərhəd kəndləri tərk ediləndə bu, təkcə sosial yox, milli təhlükəsizlik məsələsinə çevrilir. Boş qalan torpağın sabah kim tərəfindən necə istifadə ediləcəyi artıq bizim nəzarətimizdən çıxır.

Dediyim kimi, Ərdəbilə kəndində üç ailə yaşayır. Sabah bir ailə də köçsə, kənd tamamilə susacaq. Mollakənd, Garıs Əyribənd, yüzlərlə başqa kənd də bu təhlükəli yola girmiş vəziyyətdədir.

Kəndlərimizi xilas etmək üçün hədəfli, real, yerli şəraiti nəzərə alan proqramlara ehtiyac var. Bu proqramlar isə təkcə mərkəzi hökumətin deyil, həm də yerli idarəçilərin və deputatların məsuliyyətini tələb edir. Kənd – təkcə bir coğrafi məkan deyil. Kənd kimliyimizdir, yaddaşımızdır, milli mövcudluğumuzun təməlidir. Kəndlərə sahib çıxmaq, ölkəyə sahib çıxmaqdır. Hələ gec deyil…


Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 İyul 2025 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri