Azərbaycanda qurum bolluğu: optimallaşma nə zaman reallaşacaq?
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Uzun müddətdir ki, Azərbaycanda nazirlik, komitə, PHŞ, ASC, QSC və s. bu kimi qurumların sayının çoxluğu haqda müzakirələr gedir. Zaman-zaman bir neçə qurumun birləşdirilməsi, idarəetmədə optimallaşmanın aparılması təklifləri səsləndirilir. Sabiq deputat Vahid Əhmədov da son müsahibələrinin birində bu mövzuya toxunub.
Sitat: “Mən həmişə demişəm ki, Azərbaycanda struktur islahatlarına ehtiyac var. Bu qədər nazirlik, komitə və aparatın saxlanmasına lüzum yoxdur. Mövcud struktur sadəcə bürokratiya yaradır və xərcləri artırır. Struktur islahatı aparılsa, dövlət xərcləri ciddi dərəcədə azalacaq. O zaman nə sadələşdirilmiş vergi kimi sahələrə, nə də kiçik obyektlərdən əlavə vəsait toplamağa ehtiyac qalmaz”.
Belə olan halda, struktur islahatlarının mərhələli şəkildə həyata keçirilməsi gündəmə nə vaxt gətirilə bilər?
Globalinfo.az-a danışan iqtisadçı-analitik, professor Elşad Məmmədov deyib ki, ölkədə sosial və iqtisadi blok üzrə müvafiq qurumların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində bir sıra kifayət qədər effektiv mexanizmlər tətbiq olunmaqdadır:
“Bu prosesin müsbət nəticələri də müşahidə edilir. Xüsusilə sosial müdafiə sistemində idarəetmənin səmərəliliyinin artırılması ilə bağlı mütərəqqi qərarların qəbul edildiyi məlumdur. Bu, həm rəqəmsal həllərin tətbiqində, həm də proaktiv sosial müdafiə mexanizmlərinin reallaşdırılmasında açıq şəkildə özünü göstərir. Ardıcıllıqla həyata keçirilən sosial paketlərin formalaşdırılması da məhz şəffaf və effektiv idarəetmə qərarlarına əsaslanır. Bu yanaşma müvafiq təminat bazasının gücləndirilməsinə xidmət edir”.
Elşad Məmmədov
Professor onu da qeyd edib ki, ümumilikdə sosial və iqtisadi blokla bağlı mütərəqqi və effektiv idarəetmə qərarları artıq qəbul olunub və tətbiq mərhələsinə keçib:
“Bununla yanaşı, kölgə iqtisadiyyatı ilə mübarizə çərçivəsində də kifayət qədər səmərəli tədbirlər həyata keçirilir. İdarəetmənin optimallaşdırılması istiqamətində atılan addımlar da öz müsbət nəticələrini verməkdədir. Ayrı-ayrı qurumların birləşdirilməsi ilə bağlı səsləndirilən fikirlərə gəlincə, hesab edirəm ki, bu məsələ dövlət başçısının səlahiyyətləri çərçivəsindədir və zərurət yarandıqda müvafiq qərarlar vaxtında qəbul olunur. Gələcəkdə mövcud istiqamətdə əlavə addımların atılmasına ehtiyac yaranarsa, düşünürəm ki, məhz dövlət başçısı tərəfindən müvafiq qərarlar veriləcək”.
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 13 Dekabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















