Icma.az
close
up
RU
“Azərbaycanda radioyayımın dünəni, bu günü və sabahı” seminarı keçirildi Foto

“Azərbaycanda radioyayımın dünəni, bu günü və sabahı” seminarı keçirildi Foto

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dekabrın 11-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Audiovizual Şuranın təşkilatçılığı ilə “Azərbaycanda radioyayımın dünəni, bu günü və sabahı” mövzusunda seminar keçirilib.

“Qafqazinfo” xəbər verir ki, seminarda ötən illərdə radioyayım sahəsində görülmüş işlərə, teleradio yayımçılarına göstərilən dövlət dəstəyi sayəsində əldə olunmuş nailiyyətlərə nəzər salınıb və sahənin gələcək inkişafı ilə bağlı planlar müzakirə edilib.

Tədbirdə Prezident Administrasiyası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Audiovizual Şura, RİNN-in tabeliyində olan “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi, Dövlət Radiotezliklər İdarəsi, həmçinin ümumölkə radio yayımçılarının nümayəndələri iştirak ediblər.

Çıxışlarda müstəqillik dövrünün ilk vaxtlarından hazırkı dövrədək Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkədə radioyayımın sürətlə inkişaf etdiyi vurğulanıb.

Bakı Teleqüllə Kompleksinin yarımçıq qalmış tikintisinin Heydər Əliyevin birbaşa tapşırığı ilə başa çatdırılması və 1996-cı ildə bilavasitə onun iştirakı ilə istismara verilməsi qürurla xatırlanıb.

Bunun sayəsində ölkədə televiziya və radioyayımın keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi ilə yanaşı, həmin dövrün qabaqcıl texnologiyası hesab edilən FM radio yayımlarına başlanılması bildirilib.

FM radioyayımın ölkədə geniş tətbiqi, kanalların texniki imkanlarının inkişafı, yayım infrastrukturunun genişləndirilməsi sonrakı dövrdə AM radio yayımların dayandırılmasına imkan verib. Bu texnologiya radioyayım üçün illik enerji istehlakının 14 dəfə, illik karbon emissiyasının 18,7 kilotondan 1,3 kilotona qədər azaldılması ilə ekoloji mühitə öz töhfəsini verib.

Seminarda məlumat verilib ki, 2016-cı ildən başlayaraq cəmiyyətin informasiya ehtiyacının ödənilməsi, əhalinin maarifləndirilməsi, ölkədə və beynəlxalq aləmdə Azərbaycan xalqının mədəni irsinin təbliği işində fəal iştirak edən özəl teleradio yayımçılarının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə dövlətin maliyyə yardımı göstərməsi ilə əlaqədar Prezident tərəfindən müvafiq sərəncamlar imzalanıb.

Beləliklə, dövlətin bu illər ərzində 5 dəfə olmaqla, ümumilikdə 15 milyon manat həcmində maliyyə yardımı sayəsində keyfiyyətli radioyayımı təmin edilib.

Bu siyasətin davamı olaraq ölkə əhalisinin istifadə etdiyi radio yayımların daha geniş ərazidə və daha keyfiyyətli yayımının təmin edilməsi zərurətindən irəli gələrək İlham Əliyev tərəfindən 24 iyul 2023-cü il tarixində “Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında” Sərəncam imzalanıb və bu məqsədlə 13,7 milyon manat vəsait ayrılıb.

Sərəncamın icrası nəticəsində müxtəlif təyinatlı texniki vasitələr alınaraq 17 Radio-Televiziya Yayım Stansiyasında quraşdırılmaqla, eyni zamanda infrastrukturun dayanıqlılığının artırılması və müasirləşdirilməsi həyata keçirilməklə bütün ölkə ərazisində, o cümlədən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda ümumölkə radio yayımçılarının proqramlarının yayımının əhaliyə əlçatanlığı təmin edilib.

Sözügedən Sərəncamda ümumölkə radio yayımçılarına əlavə dəstək kimi 3 illik istismar xərcinin dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulub ki, bu da radio yayımçılara əlavə dəstək tədbiri olaraq həmin müddət ərzində kommersiya fəaliyyətlərini genişləndirmək imkanı verir.

Son 5 ildə radio proqramlarda müxtəlifliyin daha yüksək səviyyədə təmin olunması, həmçinin milli radiotezliklərdən səmərəli istifadənin təşkili məqsədilə Audiovizual Şura tərəfindən müsabiqələr təşkil edilib və nəticədə ümumölkə statuslu yerüstü radio kanalların sayı 11-dən 17-dək artıb.

Nazirlər Kabinetinin 7 oktyabr 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı” radioyayım sahəsində rəqəmsal yayıma keçid üçün mühüm sənəddir.

Sözügedən Tədbirlər Planının icrası nəticəsində 2019-cu ildən etibarən Bakı şəhəri və Abşeron yarımadası ərazisində yayımına başlanılmış DAB+ standartlı rəqəmsal radionun ölkənin bütün ərazisinə genişləndirilməsi nəzərdə tutulur.

Bu məqsədlə cari ilin sonunadək Bakı Teleqüllə Kompleksindən aparılan DAB+ radioyayım avadanlıqlarının yeniləri ilə əvəz edilməsi və Ağsu rayonunda yerləşən Gülüstan Radio-Televiziya Yayım Stansiyasından DAB+ yayımın təşkili planlaşdırılır.

Azərbaycanda bu sahədə həyata keçirilən ardıcıl dövlət siyasəti əhalinin informasiya təminatının müasir tələblərə uyğun şəkildə təşkilini, həmçinin ölkənin milli təhlükəsizliyinin gücləndirilməsini təmin edir.

Seminarda iştirak edən özəl radio yayımçıları müzakirələrdə fəal iştirak etdilər, dövlət tərəfindən göstərilən dəstəyə, yaradılan əlverişli fəaliyyət şəraitinə görə dövlət orqanlarına, xüsusən də Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər. Yayımçılar arasında özəl kanalların çoxluq təşkil etdiyi bu sahədə dövlət-özəl tərəfdaşlığının yeni-yeni uğurlarla davamlı inkişafa səbəb olacağına əminlik ifadə edilib.







Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Dekabr 2024 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsaril Səudiyyə Ərəbistanının və İordaniyanın razılığını alıb Siyasi şərhçi

10 Sentyabr 2025 17:57see245

İsrailin növbəti hədəfi Türkiyədir? III Dünya müharibəsinin əlamətləri görünür

10 Sentyabr 2025 17:33see204

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see146

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see146

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see138

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see136

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see132

Toral Bayramov: İslandiya ilə matçdan sonra çox pis vəziyyətdəydik

10 Sentyabr 2025 13:55see126

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see126

“Rus ordusu Dobropolye yaxınlığında mühasirəyə düşə bilər” Ukraynalı ekspert

09 Sentyabr 2025 15:57see122

Neft strategiyası Azərbaycanın dövlət gəlirlərinin artmasına imkan yaratdı ŞƏRH ETDİ

10 Sentyabr 2025 16:03see119

Ukrayna gecə Polşaya Rusiya PUA larının uçuşu barədə məlumat verib

10 Sentyabr 2025 13:56see119

Bu qərarı mən yox, o verdi Tramp

10 Sentyabr 2025 01:04see118

Anasını WhatsApp mesajına görə bıçaqlayan kişi HƏBS EDİLDİ

09 Sentyabr 2025 09:04see118

Nigar Fərhad ilk dəfə qızını GÖSTƏRDİ söz savaşı na çıxdılar VİDEO

10 Sentyabr 2025 16:01see117

Kaya Kallas: Moskva Ukrayna ilə danışıqlar masasına oturmalı olacaq

09 Sentyabr 2025 15:13see116

Kosmosda başqa ulduzları yeyən ulduz peyda oldu

10 Sentyabr 2025 15:40see115

Polşa hava məkanına daxil olan Rusiya pilotsuz təyyarələrinə cavab verdi NATO

10 Sentyabr 2025 12:22see114

Eminin yeni evindən Video

09 Sentyabr 2025 20:40see114

Toral Bayramov: Əlimizdən gələni yox, gəlməyəni edirdik

10 Sentyabr 2025 01:33see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri