Icma.az
close
up
RU
Azərbaycanda rektorun qızını aldadıb qızıllarını aldılar

Azərbaycanda rektorun qızını aldadıb qızıllarını aldılar

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Demokrat.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, 36 yaşlı Əliyev Mikayıl Mahir oğlu 3 nəfərə qarşı dələduzluqda ittiham olunur.
İstintaq materiallarında yazılanlara əsasən, Mikayıl Əliyevin əməlindən ən çox zərər çəkən Xəlilova Aygün Zöhrab qızıdır. Mikayılla uzun müddətdir tanış olan qadın onun kiməsə borclu olduğuna və ödəməyəcəyi halda həbs ediləcəyi ilə bağlı dediklərinə inanıb. A.Xəlilova sonradan qaytarmaq şərti ilə 57 min 600 manatlıq qızıl-zinət əşyalarını lombarda qoyub pul götürməsi üçün ona verib. Buraya 30 min manatlıq "Van Cleef & Arpels” markalı bir cüt sırğa və digər qızıllar daxildir. 
Amma təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını geri qaytarmayıb. İş elə gətirib ki, əvvəl Mikayılın həbsə düşməməsi üçün ona borc verən Aygün sonradan onun həbsi üçün çalışıb. 
Məsələ ilə bağlı təqsirləndirilən şəxsin vəkili Vüqar Kazımovla əlaqə saxlanılıb. Vəkilin münasibətindən belə aydın oldu ki, müvəkkili özünü heç bir epizod üzrə təqsirli bilmir. Onlar topladıqları dəlil və sübutları məhkəmə istintaqında ortaya qoyacaqlar. Müdafiəçi müvəkkilinə istinadən onu da qeyd edib ki, bu cinayət işinin başlanması üçün şikayət ərizəsini ilk olaraq zərərçəkmiş Aygünün rektor anası İradə Xəlilova yazıb.
Məlumat üçün bildirək ki, fəlsəfə doktoru olan İradə Xəlilova Xəzər Universitetinin rektorudur. O, Xəzər Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsində müstəntiqə ifadə verib. Rektor məhkəmə istintaqında dindiriləcək şahidlər siyahısına da daxil edilib.
İş üzrə digər zərərçəkənlər İlyasov Fariz Ramiz oğlu və Tağıyev Habil Əli Abas oğludur. Təqsirləndirilən şəxs onlara Gürcüstandan avtomobil gətirəcəyi ilə bağlı yalan vəd verib. Bu iş üzrə əsas zərərçəkən isə Aygündür. Digərlərinin itirdiyi pul cəmi 5 min manatdır. 
Mikayıl Əliyevə külli miqdarda dələduzluq ittihamı elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Artıq iş üzrə ibtidai istintaq hərəkətləri də tamamlanıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Dekabr 2024 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri