Icma.az
close
up
RU
Azərbaycanda repetitorluğun qarşısı alınır? “Ailə büdcəsinə ağır yükdür” KONKRET

Azərbaycanda repetitorluğun qarşısı alınır? “Ailə büdcəsinə ağır yükdür” KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

“İllərdir ölkəmizdə ailə büdcəsinə ağır yük olan repetitor fəaliyyətinin əsas səbəbləri təhsil sistemindəki müəyyən boşluqlar və problemlərlə bağlıdır. Halbuki, dövlət tərəfindən məktəblərdə müəllim və şagirdlər üçün yüksək təhsilə hər cür şərait yaradılıb. Bəs hələ də şagirdləri repetitor yanına getməyə hansı amillər məcbur edir?”.

KONKRET.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında ekspert Fərid Əliyev deyib.

Onun sözlərinə görə, bəzi valideynlər məktəbdə potensial görmədiyi üçün repetitor xidmətindən istifadəyə üz tutur:

“Bunlara misal olaraq “fərdi yanaşma”, “daha yüksək nəticələr”, “fokuslanmış təhsil”, “inam və motivasiya” və.s amilləri sadalamaq mümkündür. Bununla yanaşı “təhsil sistemində çatışmazlıqların göstəricisi”, “maddi yük”, “aslılıq”, “təhsil bərabərsizliyi”, “stress və yüklənmə”, “keyfiyyətsiz repetitorlar” olaraq da mənfi nəticələri mövcuddur. Niyə ölkəmizdə təhsil tam ödənişsiz olduğu təqdirdə, əlavə olaraq valideynlərin şəxsi büdcəsi hesabına övladları repetitor yanına getməlidir? Nəyə görə, məktəblər də buna şərait yaradaraq öz reputasiyalarını aşağı düşürməlidirlər? Deyərdim ki, bu problemin ən başlıca səbəbi məktəblərdə olan tədris sistemi və bəzi işini düzgün bacara bilməyən məsullardır. Hər bir valideyn övladının universitetə qəbul olunmasını arzulayır və hər bir şagird də universitet həyatına atılmağı səbrsizliklə gözləyir. Lakin məktəbdə gələcəyi üçün bir potensial görmür və bu səbəbdən də repetitor xidmətindən istifadəyə üz tutur. Bu da öz növbəsində həmin sahəyə tələbi artırır”.

Ekspert tədris keyfiyyətini artırmaq və müəllimlərin bilik və bacarıqlarını daha da təkmilləşdirmək üçün mütəmadi təlimlər təşkil edilməli olduğunu bildirir.

“Mütləqdir ki, repetitorluq fəaliyyətinə səbəb olan problemlər müntəzəm olaraq monitorinq edilməli və məktəblərdə problemlərin səbəbləri aradan qaldırılmalıdır. Bu məsələni həll etmək üçün məktəblər, təhsil sisteminin digər komponentləri ilə birgə, bir sıra addımlar da atmalıdırlar. Məsələn tədris keyfiyyətini artırmaq və müəllimlərin bilik və bacarıqlarını daha da təkmilləşdirmək üçün mütəmadi təlimlər təşkil edilməlidir. Müasir tədris metodikalarının tətbiqi ilə şagirdlərin marağını artırmaq və dərsləri daha effektiv etmək mümkündür.Dərslik və proqramlarını yeniləyərək sadə, başadüşülən və praktiki etmək, çox yüklü və ya nəzəri materialları azaltmaq lazımdır. Təhsil proqramı şagirdlərin bacarıqlarına və inkişaf səviyyəsinə uyğunlaşdırılmalıdır. Fərdi yanaşma ilə müəllimlər zəif şagirdlərə əlavə dəstək göstərməlidirlər. Daha sonra məktəb daxilində pulsuz əlavə məşğələlər və konsultasiyalar təşkil edilə bilər. Siniflərdə fərdi yanaşma metodlarından istifadə etməklə hər şagirdin ehtiyacları nəzərə alınmalıdır. Universitetlərə qəbul yalnız testlərə deyil, digər bacarıqlara əsaslanan müvafiq seçim mexanizmlərinə keçid etməlidir”, deyə, o, qeyd edib..

F.Əliyev deyir ki, orta məktəblərdə təhsilin səviyyəsi artmış olsa şagirdlərin repetitor dəstəyinə ehtiyacı olmayacaq.

“Orta məktəb təhsili elə səviyyədə təşkil olunmalıdır ki, şagirdlər repetitor dəstəyinə ehtiyac hiss etməsinlər. Məktəblərdə əlavə  kurslar, məşğələlər və s. təşkil edilməlidir. Bunlar həm şagirdlərə dəstək, həm də repetitorluğa alternativ ola bilər. Düşünürəm ki, valideynlərlə məktəb arasında sıx əməkdaşlıq olmalıdır. Onlara repetitorluq yerinə məktəb resurslarından necə istifadə ediləcəyi izah edilməlidir. Valideynlər məktəblərdəki dəyişikliklərdən xəbərdar edilməli və onların dəstəyi alınmalıdır. Bu addımlar atılacağı təqdirdə təhsil sistemindəki boşluqları azaldaraq şagirdlərin məktəb təhsilinə olan inamını artırmağa kömək edə bilər. Məqsəd yalnız repetitorluğun qarşısını almaq deyil, təhsil keyfiyyətini yüksəltmək olmalıdır”, deyə ekspert əlavə edib,

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Dekabr 2024 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri