Icma.az
close
up
RU
Azərbaycanda saatlıq əməkhaqqı: kimlərin maaşı ARTACAQ...

Azərbaycanda saatlıq əməkhaqqı: kimlərin maaşı ARTACAQ...

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda saatlıq əməkhaqqı sisteminin tətbiqi ilə bağlı müzakirələr aktuallaşıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, məsələ ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunub.

Qeyd edək ki, Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid bir neçə ildir müzakirə edilir. Xarici ölkələrdə saatlıq əməkhaqqı sistemi geniş yayılıb və bu sistem hüquqi baza, sosial təminat və vergi mexanizmləri ilə dəqiq şəkildə tənzimlənir. 

Qeyd edək ki, yaxın illərdə ölkədə bu sistemə mərhələli şəkildə keçidin baş verəcəyi ehtimal olunur.

“Düşünürəm ki, əməliyyat sisteminin dəyişdirilməsi və saatlıq əmək haqqı sisteminə keçidlə bağlı qərarın qəbul edilməsi, ilk növbədə beynəlxalq qurumların tələblərinin icrası və reytinq qiymətləndirmə metodologiyalarının öhdəliklərinə uyğunluq baxımından gündəmə gəlib”.

Bu fikirləri Modern.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov söyləyib. Onun sözlərinə görə, Azərbaycanda da bu məsələ ilə bağlı müəyyən addımlar atılıb və Əmək Məcəlləsində saatlıq əmək haqqının hesablanmasına dair metodologiyanın hazırlanması nəzərdə tutulub:

“Bu proses, təbii ki, mühasibatlıq sahəsində inzibati yük yaradır və bəzi hallarda texniki çətinliklər və anlaşılmazlıqlara səbəb olur. Öz növbəsində bu problem həll ediləcəkdir.  Lakin əgər bu keçid düzgün tənzimlənərsə və şəffaflıq təmin olunarsa, əmək bazarında əlavə iş saatlarının və faktiki əmək haqqının daha dəqiq hesablanması üçün əsas yarana bilər”.

İqtisadçı əlavə olaraq bildirib ki, saatlıq əmək haqqı sisteminə keçidin əmək haqqının artımına birbaşa təsiri yoxdur:

“Bu, yalnız o halda mümkün olar ki, saatlıq minimum əmək haqqının hesablanmasında nəzərə alınan meyarlar artırılsın. Məsələn, hazırda 400 manatlıq aylıq minimum əmək haqqı əmək saatlarının sayına bölünərək saatlıq məbləğ müəyyən olunarsa, bu, real təsir göstərməyə bilər. Əgər saatlıq minimum əmək haqqı indiki göstəricilərlə müqayisədə iki dəfə artırılarsa, bu, daha məqsədəuyğun olar”.

R.Həsənov həmçinin vurğulayıb ki, bu yanaşma həm də hökumətin strateji hədəfi olan minimum əmək haqqının orta aylıq əmək haqqının 65%-nə çatdırılması məqsədinə xidmət edə bilər:

“Eyni zamanda, bu dəyişikliklər əhalinin, xüsusilə orta statistik məşğul şəxslərin ailə büdcəsinin əsas ehtiyaclarını qarşılaması baxımından da vacibdir. Mövcud qiymət artımı  fonunda bu, sosial sabitliyin qorunması üçün əhəmiyyətlidir”.

“Lakin ümumilikdə qeyd etmək lazımdır ki, əgər yeni metodologiya tətbiq edilərkən şəffaflıq təmin olunmasa və əsas indikatorlar kifayət qədər yüksək səviyyədə müəyyənləşdirilməsə, bu dəyişiklik əmək haqqının real artımına səbəb olmayacaq”,- deyə iqtisadçı bildirib”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 19 İyun 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri