Icma.az
close
up
RU
Azərbaycanda şagirdlər üçün oyun əsaslı öyrənməyə start verilir

Azərbaycanda şagirdlər üçün oyun əsaslı öyrənməyə start verilir

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

2026-cı ildən etibarən Azərbaycan məktəblərində şagirdlərin oxu savadlılığının artırılmasına yönəlmiş “Öyrənmək üçün oyna” adlı yeni layihənin icrasına başlanılır.

Layihə oyun əsaslı öyrənmə (gamification) və qeyri-formal təhsil metodlarının tətbiqi ilə şagirdlərin dərslərə marağını artırmağı, oxuyub-anlama bacarıqlarını inkişaf etdirməyi və məktəblərdə davamlı öyrənmə mədəniyyəti formalaşdırmağı hədəfləyir.

Turkustan.az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, İRƏLİ İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil İnstitutunun və Azərbaycan Gənc Müəllimlər Asossasiyasının tərəfdaşlığı ilə həyata keçirilən layihənin məqsədi Azərbaycan məktəblərində oyun əsaslı öyrənmə metodları ilə təhsilverənləri gücləndirmək, şagirdləri dərs prosesinə aktiv şəkildə cəlb etmək və bununla da oxuma-anlama səviyyəsinin yüksəldilməsinə nail olmaq, eyni zamanda gənclər vasitəsilə məktəblərdə daimi “Play to Learn” liderlik ənənəsini yaratmaqdır.

Şagird və müəllimləri dəstəkləmək məqsədi daşıyan “Öyrənmək üçün oyna” layihəsi çərçivəsində müxtəlif məktəblərdən seçiləcək 25 müəllim üçün oyun əsaslı öyrənmə metodları üzrə 5 günlük intensiv təlim-düşərgə təşkil olunacaq, eləcə də düşərdən əvvəl və sonra onlayn təlimlər vasitəsi ilə onların mövzu üzrə bilik və bacarıqları artırılacaq. Müəllimlər bu mərhələdə hazır modullarla yanaşı, öz fənlərinə uyğun oyun əsaslı dərs modelləri hazırlayacaqlar.

Layihənin davamlılığında həmin müəllimlər məktəblərdə 200–400 şagirdi “Play to Learn” dərsləri və klub formatında proqramlara cəlb edəcəklər. Dərslər həftəlik məşğələ və klub fəaliyyəti əsasında qurulacaq. Layihənin bu mərhələsində şagirdlərin oxuyub-anlama bacarıqları əvvəl və sonra testləri ilə ölçüləcək, aylıq sorğular vasitəsilə motivasiya səviyyəsindəki dəyişikliklər izləniləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Mart 2026 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri