Azərbaycanda sahibkarların qarşılaşdığı maneələr araşdırılacaq
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanda sahibkarların bazara daxil olmasına və iqtisadi fəaliyyətini həyata keçirməsinə təsir edən inzibati, texniki və iqtisadi maneələrin araşdırılması nəzərdə tutulur.
BAKU.WS xəbər verir ki, bu məsələ III Milli Rəqabət Forumunda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırovun çıxışında yer alıb.
Agentlik sədrinin sözlərinə görə, bazarda rəqabət mühitinin yaxşılaşdırılması üçün lisenziya və icazə prosedurlarının, texniki şərtlərin, infrastruktura çıxış imkanlarının və digər tənzimləmə tələblərinin biznes fəaliyyətinə təsiri qiymətləndirilməlidir.
2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planında bu cür tənzimləmələrin təhlil edilməsi və onların təkmilləşdirilməsinə dair əsaslandırılmış təkliflərin hazırlanması prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
Sənəd həmçinin rəqabət risklərinin əvvəlcədən qiymətləndirilməsini nəzərdə tutur. Bu yanaşma bazarda rəqabəti məhdudlaşdıra biləcək halların vaxtında müəyyənləşdirilməsinə və müvafiq tədbirlərin görülməsinə imkan yaratmalıdır.
Elnur Bağırov qeyd edib ki, rəqabət siyasətinin əsas məqsədlərindən biri iqtisadi fəaliyyət üçün bərabər imkanların genişləndirilməsi, özəl investisiyaların stimullaşdırılması və daha səmərəli bazarların formalaşdırılmasıdır.
Qeyd edək ki, Milli Fəaliyyət Planı Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 14 Oktyabr 2026 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















