Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Azərbaycanda seksuallıqla vulqarlıq anlayışları qarışdırılır” PSİXOLOQ KOSMETOLOJİ ƏMƏLİYYAT ETDİRƏNLƏRİ TƏNQİD ETDİ

“Azərbaycanda seksuallıqla vulqarlıq anlayışları qarışdırılır” PSİXOLOQ KOSMETOLOJİ ƏMƏLİYYAT ETDİRƏNLƏRİ TƏNQİD ETDİ

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Son illər kosmetoloji prosedurların populyarlığının sürətlə artması artıq təkcə estetik görünüşlə bağlı şəxsi seçim deyil, geniş bir cəmiyyətin fenomeninə çevrilib. İnsanlar hər zaman gözəlliyə və baxımlı olmağa maraq göstəriblər. Tarix boyu müxtəlif üsullarla xarici görünüşü yaxşılaşdırmaq və dərini qorumaq üçün müxtəlif vasitələrdən istifadə edilib. Kosmetoloji prosedurların populyarlığının artmasında psixoloji amillərin də rolu böyükdür. İnsanlar xarici görünüşlərindən razı qaldıqda özlərini daha xoşbəxt və  özünə inamlı hiss edirlər. Dəridəki kiçik qüsurlar belə bəzən insanın sosial həyatına və psixoloji vəziyyətinə təsir edə bilər. Buna görə də kosmetoloji xidmətlər təkcə fiziki görünüşü deyil, həm də insanın özünüdərkini və sosial həyatını müsbət istiqamətdə dəyişdirə bilər. Lakin bu sahənin inkişafı ilə birlikdə düzgün və məlumatlı seçim etməyin vacibliyi də gündəmə gəlir. İnsanlar sosial medianın təsiri ilə və ya ani qərarlar əsasında prosedurlara müraciət etdikdə bəzən gözlənilməz və arzuolunmaz nəticələrlə qarşılaşa bilərlər.

Avtosfer.az xəbər verir ki, marağın artması ilə yanaşı, bu sahədə fəaliyyət göstərən şəxslərin sayı da sürətlə çoxalır. Lakin narahatlıq doğuran məqam ondan ibarətdir ki, bir çox insanlar tibb təhsili olmadan cəmi bir neçə aylıq kurs keçərək kosmetoloq kimi fəaliyyət göstərməyə başlayırlar. Müxtəlif reklamlar və sosial media platformaları vasitəsilə populyarlıq qazanan bu dırnaqarası mütəxəssislər bəzən insan sağlamlığı üçün ciddi təhlükə yarada biləcək prosedurlar icra edirlər. Təcrübəli və sertifikatlı mütəxəssislərin illərlə aldığı bilik və təcrübəni qısa müddətli kurslarla əvəz etməyə çalışmaq kosmetologiya sahəsində keyfiyyətin aşağı düşməsinə və pasiyentlər üçün ciddi fəsadların yaranmasına səbəb olur.

Tibb eksperti Adil Qeybulla məsələ ilə bağlı saytımıza açıqlamasında deyib ki, hansısa bir ixtisas üzrə fəaliyyət göstərmək üçün ilk növbədə həmin şəxsin baza tibb təhsili olmalıdır:

“Hazırda Azərbaycanda baza tibb təhsili yalnız Azərbaycan Tibb Universitetində mümkündür. Baza tibb təhsilindən sonra isə tibbin daha yüksək mərhələsi olan rezidentura təhsili gəlir. Rezidentura konkret ixtisas üzrə ixtisaslaşmanı nəzərdə tutur.

Estetik əməliyyatlar, rekonstruktiv cərrahiyyə və plastik cərrahiyyə üzrə ixtisaslaşmaq üçün əvvəlcə bir insanın 3-5 il ümumi cərrahiyyə üzrə praktika keçməsi tələb olunur ki, ən azı bu istiqamətdə yiyələnsin. Yalnız bundan sonra plastik cərrahiyyə üzrə ixtisaslaşmaq mümkündür.

Bunu da nəzərə almaq lazımdır ki, təbabətin bir çox sahələrində bu qaydalar tətbiq edilir. Məsələn, tibbi onkologiya və kimyaterapiya sahəsində fəaliyyət göstərmək üçün əvvəlcədən müəyyən ixtisaslar üzrə sertifikatlar almaq tələb olunur. Yalnız bundan sonra müvafiq fəaliyyət icazəsi verilir. Bu, mərhələli bir sistemdir və bu sistemin olmaması mövcud problemlərin yaranmasına səbəb olub.

Bundan başqa, akreditasiya sistemi tətbiq olunmalıdır. Akreditasiya sistemi o deməkdir ki, insanlar diplomları əsasında lisenziya alır və həmin lisenziyaya uyğun olaraq fəaliyyət göstərirlər. Lakin hazırda belə bir sistem yoxdur, nəticədə, istənilən şəxs istənilən sahədə fəaliyyət göstərə bilir. Halbuki akreditasiya sistemində lisenziya müəyyən müddətə verilir və müddət bitdikdə fəaliyyət yoxlanılır, lisenziyanın ya uzadılmasına, ya da dayandırılmasına qərar verilir.

Dünyada bu sistem tətbiq edildiyinə görə hər kəs öz yerini və işini bilir. Bizdə isə "sertifikasiya imtahanı" adlı uğursuz və yararsız bir sistem yaradılıb və hələ də davam edir. Bu sistemin nəticələrini də açıq şəkildə görürük”.

Məsələnin psixoloji tərəfləri, vətəndaşların sosial şəbəkələr və digər vasitəsilərlə manipulyasiya edilməsi də gözardı edilməməlidir. Belə ki, insanların qarşısına çıxan bütün videolarda, reklamlarda, hətta filmlərdə belə maksimum şəkildə cazibədar, görüntü baxımdan ideal görünən şəxslərin çəkilməsi, yaxud ixtisası kosmetoloq olan şəxslərin şəbəkələr vasitəsilə reklam etdikləri prosedurlar zamanı təklif olunan endirim, yaxud məhsul keyfiyyəti ilə bağlı cəlbedici görüntülər vətəndaşları belə əməliyyatlar etdirməyin xoş davranış olduğuna kökləyir.

Mövzu ilə əlaqədar psixoloq Samirə Bağırova saytımıza açıqlamasında deyib ki, son vaxtlar kosmetoloji prosedurlara marağın artmasının əsas səbəbi reklamların təsiridir. Xüsusilə kosmetoloqlar məşhur insanları dəvət edərək xidmətlərini tanıdırlar:

“Ümumiyyətlə, istər geyim tərzi, istər kosmetoloji prosedurlar, istərsə də estetik əməliyyatlar olsun, hər zaman tanınmış şəxslər reklam vasitəsi kimi istifadə olunub. Çünki onlar üzdə olan insanlardır və cəmiyyət də məhz onların təsiri ilə müəyyən tendensiyalara axın edir. Bu, əsrlər boyu belə olub – hər hansı bir məhsul və ya xidmət tanıdılarkən cəmiyyətdə nüfuz sahibi olan insanlardan istifadə edilib.

Lakin bu o demək deyil ki, reklam edilən hər bir məhsul və ya prosedur keyfiyyətlidir və ya faydalıdır. İnsanların kütləvi şəkildə bir şeyin ardınca getməsi onun mütləq doğru və yaxşı olduğu mənasına gəlmir. Əlbəttə, hər bir qadın baxımlı və gözəl görünmək istəyir, incə toxunuşlarla öz görünüşünü yaxşılaşdırmaq istəyir. Ancaq problem ondadır ki, biz bir millət olaraq hər şeyi həddindən artıq edirik, ifrata varırıq.

Məsələn, geyim tərzinə baxdıqda görürük ki, bir çox insan özünü sanki səhnədəki müğənni kimi hiss edir. Açıq-saçıq geyinmək, zövqlü və eleqant olmaq fərqli məfhumlardır. Lakin bizdə bəzən seksuallıqla vulqarlıq səhv salınır. Son illərdə qadınların vulqar görünüşə daha çox meyilləndiyini görürük. Halbuki seksuallıq – zəriflik, incəlik və eleqantlıqdır, açıq-saçıq və ifrat “make up” deyil.

Kosmetoloji vasitələrə gəlincə, son zamanlarda bazarda çoxlu pereparatlar, dolğular və müxtəlif prosedurlar təklif olunur. Dünyada tanınmış brendlər olsa da keyfiyyət həmişə istənilən səviyyədə olmur. Artıq bir çox ölkələrdə, eləcə də Türkiyədə və digər yerlərdə istifadə olunan bəzi məhsulların zərərli olduğu və pis nəticələr verdiyi ortaya çıxıb. Odur ki, incə toxunuşlar məqbul sayılsa da hər şeyin çoxu zərərlidir. Təəssüf ki, biz balansı qorumağı bacarmırıq.

Ümumiyyətlə, dünya artıq təbiiliyə qayıdır. Bu tendensiya illər əvvəl başlayıb, sadəcə bizə hələ tam gəlib çatmayıb. Lakin yavaş-yavaş bu anlayış formalaşır. Həyat bir təcrübədir, insanlar daim yeni şeylər sınaqdan keçirir. Lakin əsrlər boyu dəyişməyən bir şey var – təbiilik və eleqantlıq. Həm geyim tərzində, həm görünüşdə, həm də davranışda bu prinsiplər həmişə dəbdə olub və belə də qalacaq.

Bundan əlavə, Avropada gender bərabərliyi mövzusunda da dəyişikliklər müşahidə olunur. Artıq bir çox qadınlar ailə həyatına daha çox yönəlir, evdə oturub kişilərin əsas qazanc gətirən tərəf olmasına üstünlük verirlər. Bu tendensiya təxminən 4-5 il əvvəl başlayıb və ümid edirəm ki, zamanla bizə də təsir edəcək. Çünki həyat daim dairəvi axında davam edir – nə qədər irəli getsək də sonda yenidən başlanğıca qayıdırıq.

Məsələnin hüquqi tərəfləri ilə bağlı vəkil Ramil Süleymanov bildirib ki, osmetoloqların fəaliyyətindən ziyan çəkən şəxslər ilk növbədə prokurorluğa müraciət etməlidirlər:

“Onlara dəymiş zərər mütləq şəkildə həkim səhvi kimi qeyd edilməlidir və bununla bağlı müvafiq cinayət işi başlanmalıdır. Bu cinayət işi çərçivəsində şəxsin zərərini müəyyən edən ekspertiza rəyi alınır. Ekspertizanın nəticələrinə əsasən, vurulmuş zərərin məhz həkim tərəfindən törədildiyi müəyyən olunarsa, zərərçəkmiş şəxs həm həkimə, həm də tibb müəssisəsinə qarşı mənəvi və maddi zərərlə bağlı iddia qaldıra bilər.

Məhkəmə iddiası qaldıran şəxs mütləq şəkildə ona vurulmuş zərəri sübut edən fotoşəkilləri, reseptləri, ödəniş qəbzlərini, eləcə də həkim və tibb işçiləri ilə olan “WhatsApp” yazışmaları və digər sübutları məhkəməyə təqdim etməlidir. Bundan sonra məhkəmə şəxsin uğradığı zərəri təsbit edir və Mülki Məcəlləin tələblərinə uyğun olaraq sağlamlığa vurulmuş zərərlə bağlı iddianı nəzərdən keçirir. Beləliklə, şəxs ona dəymiş ziyanı həm həkimdən, həm də tibb müəssisəsindən tələb edə bilər.

Məsələnin cinayət hüququ baxımından isə zərərçəkmiş şəxs öz sağlamlığına vurulmuş zərərə görə həkimlərin cəzalandırılmasını tələb etməlidir. Əgər ehtiyac yaranarsa, hüquqi yardım almaq üçün istintaq orqanlarına ərizə ilə müraciət edə və hüquqi müdafiə tələb edə bilər”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Fidan Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 09 Yanvar 2025 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see202

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see165

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri