Azərbaycanda son 30 ildə bu xəstəlik aşkarlanmayıb RƏSMİ
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Bu barədə Ölkə.az-ın sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən bildirilib.
Qeyd olunub ki, Krım-Konqo xəstəliyinin Azərbaycanda yayılma ehtimalı yoxdur:
“Bu xəstəlik ölkəmiz üçün endemik hesab edilmir”.
Qeyd edək ki, iyunun 17-də Türkiyənin Sivas bölgəsində Krım-Konqo qızdırmasından 5 nəfər ölüb. Məlumata görə, xəstəxanaya müraciət edən 38 nəfərədən 26-da Krım-Konqo qızdırması aşkarlanıb.
Xatırladaq ki, Krım-Konqo qanamalı qızdırması (KKQ) yoluxmuş gənələrin dişləməsi və ya virusa yoluxmuş insan və heyvanlarla birbaşa təmas nəticəsində insanlara keçən təhlükəli virus mənşəli xəstəlikdir. Virus əsasən Hyalomma cinsinə aid gənələrin dişləməsi nəticəsində yayılır.
Həmidə İbrahimova
Baxış sayı:166
Bu xəbər 29 İyun 2026 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















