Icma.az
close
up
RU
Azərbaycanda sosial şəbəkə istifadəçiləri üçün məcburi yaş həddi tətbiq olunacaq? AÇIQLAMA

Azərbaycanda sosial şəbəkə istifadəçiləri üçün məcburi yaş həddi tətbiq olunacaq? AÇIQLAMA

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Fransa, İspaniya və Yunanıstan sosial şəbəkə istifadəçiləri üçün məcburi yaş məhdudiyyəti tətbiq etməyi planlaşdırır. Bu ölkələrin rəqəmsal texnologiyalardan məsul nazirləri Avropa İttifaqı ölkələrindən olan həmkarları ilə görüşdə öz səylərini koordinasiya etməyi müzakirə edəcəklər. Sözügedən görüşün isə iyunun 6-da keçiriləcəyi planlaşdırılır.

Azərbaycanda da sosial şəbəkə istifadəçilərinə məcburi yaş məhdudiyyəti tətbiq edilə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirdi ki, o, bir neçə il əvvəl bu barədə tədqiqat aparıb:

"Tədqiqat göstərirdi ki, bir çox platforma, o cümlədən də feysbuk müəyyən yaş altı fərdləri öz qeydiyyatında müəyyən meyarlar arasında iştirakçıya çevirir. Məsələn, bəzi yaş kateqoriyalarında – səhv xatırlamıramsa, 15-16 yaşdan aşağı olanlar üçün – çat bölməsi açıq olmur. Bu tip qaydalar sosial şəbəkələrin daxili siyasətləridir. Bu qaydalar bəzi platformalarda tətbiq olunur, bəzilərində isə olmur. Bundan əlavə, yaş məhdudiyyəti məsələlərində də fərqliliklər müşahidə edilir. Həmçinin xarici, o cümlədən də Avropa ölkələrində yetkinlik yaş dövrləri müxtəlifdir. Belə ki, bəzi ölkələrdə yetkinlik yaşı 13, bəzilərində 16, digərlərində isə 18 yaş kimi qəbul olunur. Azərbaycanda isə bu yaş həddi 18-dir".

Mütəxəssis qeyd etdi ki, beynəlxalq platformalar hələlik ölkələrə görə fərqləndirilmiş fəaliyyət göstərmirlər.

"Beynəlxalq platformalarda bir meyar tətbiq olunur və bu meyar bütün istifadəçilərə şamil edilir. Adətən onların öhdəlikləri və yaratdıqları meyarlar, qeydiyyatda olduqları ölkələrin qanunlarına əsasən müəyyənləşir. Məsələn, feysbuk Amerikada qeydiyyatdadır və hansı ştatda qeydiyyatdadırsa, o ştatın qanunlarına uyğun fəaliyyət göstərmək məcburiyyətindədir. Məşhur platformalar beynəlxalq müstəvidə iştirak etsələr də, hər bir ölkənin qayda və qanunlarına tabe deyillər və buna məcbur da deyillər. Əgər Avropa Birliyinin və ya Amerikanın yaş məhdudiyyəti ilə bağlı çağırışı varsa, sosial şəbəkələr bu çağırışlara daha tez reaksiya verirlər. Çünki həm internet imkanları, həm də istifadəçi sayı baxımından ABŞ və Avropa ölkələri üstünlük təşkil edirlər. Bu səbəbdən onların etirazları daha tez nəzərə alınır, nəinki kiçik ölkələrin. Məsələn, Azərbaycanda 9 milyondan çox internet istifadəçisi var, bunun 6 milyondan çoxu isə sosial şəbəkələrdən istifadə edir. Bu rəqəm sosial şəbəkə şirkətləri üçün böyük hesab olunmur. Ona görə də biz də digər ölkələr kimi onların tətbiq etdiyi qaydalara əməl etməli oluruq", - deyə Elvin Abbasov vurğuladı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 May 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri