Icma.az
close
up
RU
Azərbaycanda strateji əhəmiyyətli malların təchizatı üzrə bazar iştirakçılarına dair meyarlar təsdiqlənib

Azərbaycanda strateji əhəmiyyətli malların təchizatı üzrə bazar iştirakçılarına dair meyarlar təsdiqlənib

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Nazirlər Kabineti bazar iştirakçılarına dair meyarların və onlar tərəfindən təmin edilən mallarla bağlı Azərbaycan Dövlət Ehtiyatları Agentliyinə məlumat təqdim edilməsi qaydasını təsdiqləyib.

“Report” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qayda “Dövlət ehtiyatları haqqında” qanunun 1.1.2-ci və 5.4-cü maddələrinə əsasən hazırlanıb. O, ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların idxalını, istehsalını və ya satışını həyata keçirən, habelə strateji əhəmiyyətli mallarla təchizatın dayanıqlığının təmin edilməsində iştirak edən bazar iştirakçılarına dair meyarları müəyyən edir. Bununla yanaşı, həmin iştirakçılar tərəfindən təmin edilən mallarla bağlı Azərbaycan Dövlət Ehtiyatları Agentliyinə məlumat təqdim edilməsinə dair təşkilati və hüquqi məsələləri tənzimləyir.

Bu qayda strateji əhəmiyyətli malların idxalını, istehsalını və ya satışını həyata keçirən, müvafiq meyarlara cavab verən hüquqi və fiziki şəxslərə, eləcə də dövlət qurumlarına şamil edilir.

Qaydaya əsasən, hüquqi və fiziki şəxslər, eləcə də dövlət qurumları, əgər il ərzində hər hansı strateji əhəmiyyətli mal üzrə bazar payları 2 %-ə bərabər və ya daha çox olarsa, bazar iştirakçısı hesab edilirlər. Ötən il üçün bazar payı bu həddə çatmış hüquqi və fiziki şəxslərin, eləcə də dövlət qurumlarının siyahısı cari ilin 15 may tarixinə qədər Agentlik tərəfindən müəyyən edilir. Agentlik həmin bazar iştirakçılarına hansı strateji əhəmiyyətli mal üzrə bazar iştirakçısı olduqlarını və həmin mal üzrə təmin etməli olduqları minimal həcm barədə hər il 1 iyun tarixinədək yazılı bildiriş göndərir.

Strateji əhəmiyyətli mallar üzrə minimal təminat həcmi aşağıdakı kimi hesablanır:
• Bazarda iştirak edən hüquqi və fiziki şəxslərin, eləcə də dövlət qurumlarının müvafiq strateji əhəmiyyətli mal üzrə bazar paylarının cəmi müəyyən edilir;
• Bu cəm, həmin mal üzrə ümumi bazarın həcminə vurularaq bazar iştirakçıları tərəfindən təqdim edilən strateji əhəmiyyətli malın ümumi həcmi müəyyənləşdirilir.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://report.az
archiveBu xəbər 19 Dekabr 2024 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri