Icma.az
close
up
RU
AZƏRBAYCANDA SÜLH SƏFİRİ HƏBS EDİLİB Yarım milyonluq dələduzluq + FOTO AzPolitika onlayn siyasiictimai qəzet

AZƏRBAYCANDA SÜLH SƏFİRİ HƏBS EDİLİB Yarım milyonluq dələduzluq + FOTO AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Özünü Polşa Respublikasının Azərbaycanda xoşməramlı səfiri kimi təqdim edib, Almaniya, Britaniya və Polşaya viza alacağına inandıraraq xeyli sayda insanın külli miqdarda vəsaitini ələ keçirən qadına hökm oxunub.

"AzPolitika"nın "qaynarinfo"-ya istinadən verdiyi məlumata görə, 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş Kərimova Sevda Əliheydər qızı Cinayət Məcəlləsinin 178.2.2 və

178.2.4-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq prosesdə baxılıb.

Məlum olub ki, Sevda Kərimovanın dələduzluq əməlindən 16 nəfər zərər çəkib. O, özünü Ümumdünya Sülh Federasiyası tərəfindən sülh səfiri, Polşa Respublikasının Azərbaycanda xoşməramlı səfiri kimi təqdim edərək, xeyli sayda insanı Avropa ölkələrində təhsil, işlə təmin olunmaq və onların oraya göndərilməsi üçün viza alacağına inandıraraq, yarım milyon manatdan çox pullarını ələ keçirib.

Sevda KərimovaO, Cəmilə Arifovnadan Britaniya Krallığına getmək üçün viza düzəltmək, orada təhsil almaq, yaşamaq və işlə təmin olunmaq üçün şərait yaradılması kimi yalan vədlər verib müqabilində 10.000 manat, Bağdəsər Mustafayevadan Almaniya Federativ Respublikasına getmək üçün viza düzəltmək, orada təhsil almaq, yaşamaq və işlə təmin olunmaq üçün şərait yaradılması üçün 15.000 manat, Afət adlı qadından Polşa Respublikasına getmək üçün viza düzəltmək, yaşamaq, orada oğlunun təhsil almaq və işlə təmin olunmaq üçün 4900 manat, Zümrüd adlı qadından oğlunun Almaniyada evlə və işlə təmin olunması adı ilə 1 kiloqrama yaxın qızıl, 85 min manata yaxın pulunu alıb və həmçinin digər bir neçə nəfərə qarşı da eyni hərəkətlərlə dələduzluq edib. Kirayə qaldığı evin Ülviyyə adlı sahibinin isə 75 min manatını mənimsəyib.

Sevda Kərimova bu əməlləri Polşa Respublikasının Azərbaycandakı səfirliyinin Elmira adlı əməkdaşı ilə törətdiyini deyib.

Ən maraqlı məqam odur ki, Sevda Kərimovanın əməlindən zərərçəkən şəxslərdən xeylisi xarici dil kurslarında dərs keçən xanım müəllimlər olub. Belə ki, Sevda Kərimova Xətai rayonu, Məhəmməd Hadi küçəsi 45D ünvanda yerləşən "Qafqaz" hazırlıq kurslarında alman dili dərsi deyib və sözügedən təhsil mərkəzində dərs deyən müəllimlər də onun dələduzluğunun qurbanı olublar.

"Qafqaz" hazırlıq kurslarının Nigar Əsgərova ad-soyadlı direktoru da Sevda Kərimovanın əməlindən zərərçəkmiş şəxs kimi tanınıb. Belə ki, Nigar Əsgərova həyat yoldaşına Polşaya viza almaq üçün təqsirləndirilən şəxsə 2 min dollar verib. Həmin pulları da Sevda Kərimova mənimsəyib.

Nigar ƏsgərovaSevda Kərimova məhkəmədəki son çıxışında deyib ki, 2014-cü ildə Ümumdünya Sülh Federasiyasının himayəsi altında İsraildə konfransda iştirak edib və "sülh səfiri" adını alıb. Bakı şəhərində daimi yaşayış yeri olmadığına görə müxtəlif ünvanlarda kirayədə yaşayıb. Özünün 2019-cu ilə kimi özəl kursları olub. 2019-2020-ci ildə COVID-19-la ələqədar olaraq ölkədə elan olunmuş pandemiya dövründə kursları bağlandığına görə dolanmaq üçün Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalında tibb bacısı işləyib. Rus, alman və ingilis dillərini mükəmməl bildiyindən 2021-ci ildən yenidən tələblər hazırlayıb. Son iş yeri də "Qafqaz" hazırlıq kursları olub. Zərərçəkmişlərdən aldığı pulun çox hissəsini öz ehtiyaclarına xərcləyib.Məhkəmənin qərarı ilə Sevda Kərimova 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.Zərərçəkmişlərin əksəriyyəti Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar İmanovanın qərarından narazı qaldıqlarını, təqsirləndirilən şəxsə daha çox cəza verilməsini və onlara dəyən ziyanın ödənilməsini istəyirlər. 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Dekabr 2024 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri