Icma.az
close
up
RU
Azərbaycanda taksi qiymətləri düşə bilər Bu hallarda...

Azərbaycanda taksi qiymətləri düşə bilər Bu hallarda...

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Son aylarda Bakıda taksi xidmətlərində qiymət artımı müşahidə olunur. Xüsusilə son günlər bahalaşma daha da nəzərə çarpır. Sərnişinlər bildirirlər ki, əvvəl 3 manat civarında olan qısa məsafələr üçün gediş haqları indi 4-5 manatdan başlayır və daha yüksək məbləğlərə qədər artır.

Bəs taksi bazarında qiymətlərə nəzarət mexanizmi necə tənzimlənir? Qiymətlərin bu cür qalxması nə vaxta qədər davam edəcək?

Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov bildirib ki, Azərbaycanda taksi qiymətləri dövlət tərəfindən birbaşa müəyyən edilmir. Onun sözlərinə görə, tariflər rəqəmsal platformaların alqoritmləri əsasında formalaşır:



“Elektron sistem tələb və təklifə əsaslanır. Əgər sifarişlərin sayı çox, sürücülərin sayı azdırsa, qiymətlər artır. Əksinə, sifariş az, sürücü çox olduqda qiymətlər aşağı düşür. Məsələ təkcə hava şəraiti ilə bağlı deyil. Düzdür, pis hava şəraiti zamanı ictimai nəqliyyatdan istifadə azalır, taksiyə tələbat artır və bu da qiymətlərin yüksəlməsinə səbəb olur”.

Eldəniz Əmirov vurğulayıb ki, burada daha dərin iqtisadi səbəblər mövcuddur:

“Birincisi, sürücülərin xərcləri artıb - yanacaq, ehtiyat hissələri, servis xərcləri, avtomobilin saxlanılması əvvəlki illərlə müqayisədə daha bahadır. İkincisi, mövcud qaydaların sərtləşdirilməsi - avtomobillərin texniki sazlıq vəziyyəti, yaş məhdudiyyətləri, rəsmiləşdirmə məsələləri kimi tələblər xidmət səviyyəsini artırmaq məqsədilə tətbiq olunur və bu da müəyyən qədər qiymət artımına təsir göstərir.

Üçüncü məsələ isə platformaların bazardakı roludur. Çünki bu gün qiymətlər artıq klassik taksi sürücüsü tərəfindən deyil, avtomatlaşdırılmış sistem tərəfindən müəyyən olunur. Bu proseslərdə dövlətin rolu daha çox rəqabəti qorumaqdan, bazarda inhisarlaşmanın qarşısını almaqdan, şəffaflığı təmin etməkdən və xidmət keyfiyyətinə nəzarətdən ibarət olmalıdır”.

E.Əmirov qeyd edib ki, taksi qiymətlərinin düşməsi üçün tariflərə birbaşa müdaxilə effektiv deyil, lakin beynəlxalq təcrübədə özünü doğrultmuş addımlar mövcuddur:

“Bunlara ictimai nəqliyyatın gücləndirilməsi, metro və avtobus şəbəkəsinin genişləndirilməsi, şəhərdə alternativ nəqliyyat imkanlarının artırılması və ən əsası, sağlam rəqabət mühitinin yaradılması daxildir. Əks halda, Bakı kimi böyük şəhərlərdə bu amillər təmin olunmadıqda, taksi xidməti getdikcə daha bahalı və komfort xidmətinə çevrilir”.

Deputat, iqtisadçı Vüqar Bayramov isə bildirib ki, dövlət tərəfindən taksi xidmətləri ilə bağlı müəyyən tələblər müəyyənləşdirilib:



“Həmin tələblərin yerinə yetirilməsinə və bu tələblərə uyğun olaraq taksi xidmətinin göstərilməsinə profil dövlət qurumu nəzarət edir. Lakin digər özəl sahələrdə olduğu kimi, taksi xidmətlərində də tariflər şirkətlər və sürücülər tərəfindən sərbəst şəkildə formalaşdırılır. Eyni zamanda, qanunvericilikdə əsassız qiymət artımlarına qarşı mexanizmlər mövcuddur. Əgər xərclər artmadan qiymət artımı baş verirsə, bu, artıq monitorinq mövzusudur.

Xüsusilə nəzərə alsaq ki, yanacağın qiymətində dəyişiklik yoxdur, digər xərclərdə, o cümlədən tariflərdə artım baş verməyib, bütün bunların fonunda taksi xidmətlərində qiymətlərin artması iqtisadi baxımdan əsaslandırıla bilməz.

Ona görə də İqtisadiyyat Nazirliyi, eləcə də bu sahəyə nəzarət edən profil dövlət qurumu tərəfindən bu istiqamətdə monitorinqlərin və nəzarətin gücləndirilməsinə ehtiyac var ki, süni qiymət artımlarının qarşısı alınsın”.

Lalə, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 09 İyun 2026 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri