Azərbaycanda tauna yoluxan var? RƏSMİ AÇIQLAMA
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda taunla bağlı epidemioloji vəziyyət sabitdir.
Bu barədə "AzPolitika"ya Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir. Hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur.
Qeyd edilib ki, bununla yanaşı, epidemioloji vəziyyət daim qiymətləndirilir və ehtiyac yarandığı halda müvafiq tədbirlər operativ şəkildə gücləndirilə bilər.
"Ölkəmizdə son 50 il ərzində taun xəstəliyinə yoluxma halı qeydə alınmayıb. Azərbaycanda epidemioloji vəziyyət sabitdir və aidiyyəti qurumların nəzarəti altındadır. Rusiyadan ölkəmizə gələn şəxslərlə bağlı sanitariya-epidemioloji nəzarət tədbirləri qüvvədə olan tələblərə uyğun keçirilir.
Şübhəli hal aşkarlandığı təqdirdə, xəstədən götürülmüş nümunələrin laborator müayinəsi Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin laboratoriyasında həyata keçirilə bilər. Mərkəz bu istiqamətdə müayinələrin aparılması üçün zəruri avadanlıq və ləvazimatlarla təmin olunub. Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin fəaliyyət istiqamətlərinə taun və digər xüsusi təhlükəli infeksiyalar üzrə epidemioloji nəzarət daxildir.
Qeyd edək ki, taun əsasən təbii ocaqlı infeksiyadır və törədicisi Yersinia pestis bakteriyasıdır. Xəstəlik təbiətdə əsasən gəmiricilər və birələr arasında dövr edir. İnsanın yoluxması, əsasən, yoluxmuş heyvan və ya birələrlə təmas, habelə bəzi hallarda xəstəliyin ağciyər forması zamanı tənəffüs yolu ilə baş verə bilər.
Taun müalicə olunan xəstəlikdir və erkən diaqnostika ilə vaxtında tibbi müdaxilə mühüm əhəmiyyət daşıyır. Bununla belə, hazırkı məlumatlara əsasən, Azərbaycan əhalisi üçün xüsusi narahatlığa əsas verən vəziyyət mövcud deyil. Vətəndaşlara yalnız rəsmi məlumatlara istinad etmələri tövsiyə olunur", - deyə əlavə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 05 Oktyabr 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















