Icma.az
close
up
RU
Azərbaycanda təhlükəsiz tullantılarla bağlı 100 milyon manat reallaşdırılmamış gəlir aşkarlanıb

Azərbaycanda təhlükəsiz tullantılarla bağlı 100 milyon manat reallaşdırılmamış gəlir aşkarlanıb

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

2021-2023-cü illərdən Azərbaycanda təhlükəsiz tullantıların idarə olunması hesabına 100 milyon manatdan çox potensial gəlir reallaşdırılmayıb.

"Report" xəbər verir ki, bunu Hesablama Palatası apardığı audit nəticəsində müəyyən edib.

Məlumata görə, həmin reallaşdırılmamış potensial auditlə əhatə edilmiş respublikanın 10 şəhər və rayonu üzrə aşkarlanıb. Bakı şəhəri üzrə müvafiq qurumların zərərsizləşdirilmə xidmətlərinin göstərilməsi üçün təhvil verilmiş müvafiq tullantı həcmlərinə görə “Təmiz Şəhər” ASC-yə auditlə əhatə olunan dövrün sonuna 21,3 milyon manat kreditor borcları yaranıb, maliyyə itkiləri əlavə yük yaratmaqla dövlət büdcəsinin xərcləri hesabına maliyyələşdirilib.

Palatanın hesabatında deyilir ki, tullantıların idarə olunması sisteminin qeyri-effektiv olması dövlət büdcəsinə əlavə maliyyə yükü yaradır və mövcud boşluqların aradan qaldırılması üçün təcili islahatlara ehtiyac var. Qurum aidiyyəti qurumlara tullantıların toplanması və daşınması sisteminin təkmilləşdirilməsi, şəffaflığın artırılması və maliyyə itkilərinin qarşısının alınması ilə bağlı tövsiyələr verib.

Auditin nəticələrinə əsasən, Bakıda məişət tullantılarının yalnız 1,9 %-i ilkin çeşidlənməyə təqdim olunur, qalan hissə isə birbaşa basdırılma və ya yandırılmaya yönəldilir. Sumqayıt, Gəncə, Yevlax və digər regionlarda tullantıların kustar üsulla çeşidləndiyi müəyyən edilib.

Bundan başqa, tullantıların çeşidlənmə prosesinin zəif olması nəticəsində ümumilikdə 43 milyon manata yaxın potensial gəlir itirilib. Bu isə tullantıların təkrar emalı və iqtisadi dəyərə çevrilməsi potensialının tam istifadə olunmadığını göstərir.

Hesablama Palatası aidiyyəti qurumlara tullantıların çeşidlənməsi sisteminin genişləndirilməsi, təkrar emal potensialının artırılması və ekoloji dayanıqlılığın təmin edilməsi üçün lazımi tədbirlərin görülməsi ilə bağlı tövsiyələr verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://report.az
archiveBu xəbər 19 Fevral 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see493

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see208

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see191

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see179

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see146

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see138

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see137

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see132

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see132

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see131

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see126

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri