Icma.az
close
up
RU
Azərbaycanda təhsil uşağın həyatını yeyir Ekspert çıxış yolunu GÖSTƏRDİ

Azərbaycanda təhsil uşağın həyatını yeyir Ekspert çıxış yolunu GÖSTƏRDİ

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, deputat Siyavuş Novruzov Milli Məclisdə şagirdlərin imtahanlarının çoxluğundan şikayətlənib.

Parlamentarinin fikirlərini Redaktor.az-a şərh edən təhsil eksperti Rizvan Fikrətoğlu bildirdi ki, bu mövzu var və həmişə iki yerə bölünərək müzakirə olunur:

"Hər iki tərəfin də fərqli arqumentləri mövcuddur. İmtahan sayının azaldılmasını dəstəkləyən arqumentlər ondan ibarətdir ki, uşaqlar həddindən artıq psixoloji gərginlik içində yaşayırlar və bu, onların motivasiyasına və sağlamlığına mənfi təsir göstərir. Həmçinin vurğulanır ki, təhsil yalnız imtahan nəticələrindən ibarət deyil; burada sosial bacarıqların, idmanın və yaradıcılığın formalaşması da vacibdir. Digər bir arqument isə ondan ibarətdir ki, çoxsaylı imtahanlar bəzən öyrənməyə deyil, əzbərləməyə yönəlmiş bir mədəniyyət yaradır və asudə vaxtın azlığı uşaqlarda tükənmişlik sindromuna səbəb ola bilər. Adətən bu fikirləri imtahan sayının azaldılmasını dəstəkləyən tərəf səsləndirir".

O, həmçinin əlavə etdi ki, imtahanların saxlanılmasını müdafiə edən arqumentlər də mövcuddur. Fikrətoğlunun sözlərinə görə, bu mövqedə olan şəxslər bildirirlər ki, imtahanlar biliklərin ölçülməsi üçün vacib mexanizmdir, rəqabət və məsuliyyət hissini formalaşdırır, eyni zamanda təhsil sistemində şəffaflıq yaradır. 

"Amma mənim fikrimcə, real çıxış yolu orta bir variantda imtahanların sayını deyil, keyfiyyətini dəyişməkdədir. Eyni mövzunu təkrar-təkrar yoxlayan imtahanlar azaldıla, əvəzində praktiki biliyə əsaslanan, layihə yönümlü və bacarıq əsaslı qiymətləndirmə artırıla bilər. Şagirdlərin yaşına uyğun psixoloji yük də nəzərə alınmalıdır. Yəni problemin kökü indiki formatda imtahanların çoxluğundadır, amma həll yolu bunu tamamilə azaltmaqla bitmir. Daha ağıllı və balanslı bir sistem qurmaq lazımdır. Təhsil uşağın həyatını “yeməməli”, əksinə onu həyata hazırlamalı, həyati bacarıqlarını formalaşdırmalıdır", - deyə müsahibimiz yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Fevral 2026 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri