Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Komendantdan və ödənilən məbləğdən narazı sakinlər nə etməlidir? Ekspert çıxış yolunu göstərdi

Komendantdan və ödənilən məbləğdən narazı sakinlər nə etməlidir? Ekspert çıxış yolunu göstərdi

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda binaların komendant sistemi ilə bağlı demək olar, bir çox vətəndaşlar narazılıq edir. Adətən yığılan pulların xərclənməsi bina sakinlarini qane etmir. Yaxud qeyd edirlər ki, binalarda komendantlara ödənilən məbləğ yüksəkdir, vətəndaşların ödəməyə gücü çatmır. Hətta bəzən vətəndaşlar yaşamadıqları evlərinə görə belə, komendanta pul ödəməli olurlar. 

Komendant sistemi ilə bağlı hansı boşluqlar var? Qiymətlər niyə bu qədər yüksəkdir?

Bununla bağlı Sfera.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, bu, olduqca böyük kütləni əhatə edən problemdir:

“Tək Bakıda yox, Azərbaycanda 2 minə yaxın yeni inşa olunmuş bina var, hansılar ki, düzgün idarə olunmur və burada özbaşınalıqlar baş alıb gedir, o cümlədən kölgə iqtisadiyyatının böyük həcmini təşkil edir. Ümumilikdə 2 minə yaxın binada təxmini hesablamalara görə, 1 milyona yaxın vətəndaş yaşayır. Hazırda bu komendant özbaşınalığına, qanun pozuntularına və digər problemlərə görə 1 milyona yaxın vətəndaş əziyyət çəkir. Bu, olduqca böyük rəqəmdir. Demək olar, ölkədə inşa olunmuş çoxmənzilli binaların 95 faizindən çox hissəsi qanuna zidd idarə edilir. Hətta rəsmi idarəetmə təşkil olunsa da, orada şəffaflıq yoxdur, yenə də müxtəlif, qanuna uyğun olmayan davranışlar sərgilənir. Yəni vətəndaşlardan toplanan vəsaitlə bir çox işbazlar böyük həcmdə qazanc əldə edir, faydalanırlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin çoxmənzilli binanın idarə edilməsi ilə bağlı fəsli var. Burada çoxmənzilli binanın idarə edilməsi birbaşa həmin binada olan mülkiyyət sahiblərinin üzərinə düşür. Vətəndaşlar toplanaraq müştərək cəmiyyət yaratmalıdırlar. Bundan sonra Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməklə idarəetmə üsulunu seçməlidirlər. İdarəetmə üsulu isə üç formada olur. Vətəndaşlar sakinlər arasından ayrı-ayrı şəxsləri müəyyən edirlər – kimi elektrik, kimi santexnik, kimi mühafizəçi və.s olur və başqa heç kimi bura cəlb etmirlər. Digər üsullardan biri – idarəetmənin növü – sədr, idarə heyəti və.s təşkil olunandan sonra kənardan mütəxəssislər dəvət edilir. Növbəti üçüncü üsul isə - vətəndaşlar idarəetməni hər hansı təşkilata həvalə edirlər. Bunlar hamısı qanunda əks olunub”.

Müsahibimiz qeyd etdi ki, binanın idarə olunması xərcləri birbaşa vətəndaşların üzərinə düşdüyündən xidmətlərin seçimi ümumi qərarlarla təyin olunur:

“Yığılan tariflər təyin olunur, vətəndaşların istəkləri müəyyən edilir. Məsələn, mühafizəçilərin sayı, yanğından əlavə mühafizə sistemi, əlavə kameralar, domafon sistemi, internet provayderi seçimi və.s kimi məsələlər təyin olunur. Təəssüf ki, hətta bu kimi xırda seçimləri belə vətəndaşlarımızedə bilmir. Komendant istənilən provayderi cəlb edir və ya digər məsələləri həll edir, özü də ondan faydalanır, həmin təşkilatlardan faiz qazanır..Tullantıların daşınmasından, parklanmadan, elektrik enerjisindən, cari təmirlərə yığılan vəsaitlərdən yeyintilər olur. Bunlar hamısı kölgə pullarıdır, işbazlar çalışırlar ki, dolayı yolla ciblərini doldursunlar. Təbii ki, bu cür özbaşınalıqlardan ən çox zərər çəkənlər sakinlərdir. Vətəndaşlar da qanundan xəbərsiz olduqlarına görə, heç nə edə bilmirlər, bu proses illər boyu davam edir. Qanunda yazılıb ki, əgər bina inşa edilib qurtarıbsa, 6 ay ərzində istismardan qəbuldan keçməlidir, ondan sonra vətəndaşlar çıxarışlar əldə edirlər. Çıxarışlar toplanandan sonra 51 faiz olmaqla vətəndaşlar toplanıb müştərək cəmiyyətin yaradılması ilə bağlı protokol hazırlayırlar. Sənədlər Ədliyyə Nazirliyinə göndərilir və müştərək cəmiyyət təsis olunur. Ölkədə təxminən 200-ə yaxın müştərək cəmiyyət yaradılıb. Təsəvvür edirsiniz, 2 min bina var və cəmi 200-ə yaxın müştərək cəmiyyət...Əminliklə deyə bilərəm ki, hətta onların da 90 faizində şəffaflıq yoxdur. Baxmayaraq ki, qanuni müştərək cəmiyyət təşkil olunub, orada da dolayı yollarla müəyyən işbazlar ciblərini doldurmağa davam edirlər”.

Günay Rəsulqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://sfera.az
archiveBu xəbər 24 Yanvar 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see286

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see218

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see217

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see206

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see200

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see200

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see189

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see178

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see168

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see159

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see154

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri