Icma.az
close
up
RU
Bayramqabağı qiymətlər artacaq Ekspert çıxış yolu göstərdi

Bayramqabağı qiymətlər artacaq Ekspert çıxış yolu göstərdi

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Yeni il bayramı yaxınlaşdıqca bazarlarda eyni mənzərə yaranır – qiymətlər qalxır, alıcı isə tərəddüd edir. Hər il təkrarlanan bu bahalaşma artıq adət halını alıb. Onsuz da artan qiymətlər fonunda bayramöncəsi süni artım vətəndaşın yükünü daha da ağırlaşdırır.

Bəs prosesi dayandırmaq və qiymətlərin süni artımının qarşısını almaq mümkündürmü?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, Azərbaycanda qiymətin təyin edilməsi sərbəstdir:

“Süni qiymət” anlayışı varsa, deməli bazar iqtisadiyyatı yoxdur. Yəni buna artıq hökumət cavab verməlidir. Ümumiyyətlə, bahalaşmanın çox səbəbi var. Bunlardan biri də bazar iqtisadiyyatına uyğun olan institutların, rəqabətli mühitin zəif olması, ölkəyə mal gətirən oyunçu sayının azlığıdır. Ölkədə pərakəndə satışda rəqabət var, amma topdansatışda ölkəyə mal gətirən şirkət sayı məhduddur”.

Natiq Cəfərli

İqtisadçı bildirib ki, yerli istehsalımız da kifayət qədər deyil:

“Biz 75 faiz ərzaq məhsullarında xaricdən asılıyıq və bu, ciddi problemdir, qiymətlərin yüksəlməsində önəmli rol oynayır. Azərbaycanda rəqabətli mühitlə, istehsalla bağlı problemlər yaşanır. “Süni qiymət artımı” anlayışı isə qanunvericiliyimizdə də yoxdur. Bu, tənzimlənən qimətlərə aiddir. Məsələn, benzinin qiymətini dövlət tənzimləyir, hansısa yanacaqdoldurma məntəqəsi o qiymətdən baha satsa, artıq bu, süni qiymət artımı hesab olunacaq. İş adamlarının borcu ondan ibarətdir ki, satdıqları məhsuldan əldə etdiyi gəlirdən vergi versinlər. Ona görə də bu, süni qiymət artımı deyil, ölkədə sistemli problemlərin olmasının təzahürüdür”.

İqtisadçı Kənan Quluzadə isə qeyd edib ki, bahalaşma əsasən inflyasiyanın təsirindən irəli gəlir:

Kənan Quluzadə

“Bu, bütün dünyada müşahidə olunan standart bir tendensiyadır. Vaxt keçdikcə qiymətlər dəyər olaraq bahalaşır. Çünki satıcının əldə etdiyi vəsait dəyər olaraq ucuzlaşır. Bayram dövrlərində qiymətlərin artımı isə tələbin yüksəlməsindən qaynaqlanır. Bəzi insanlar ildə bir neçə dəfə – yalnız bayram günlərində böyük alış-veriş etdikləri üçün tələb artır, qiymətlər süni şəkildə yüksəlir. Lakin ümumi bahalaşma əsasən inflyasiya nəticəsində baş verir”.

Zaira Akifqızı
Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Dekabr 2025 07:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri