Icma.az
close
up
RU
Azərbaycanda toy adətləri dəyişir Avropalaşırıq

Azərbaycanda toy adətləri dəyişir Avropalaşırıq

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Toylarda “kirayə dostlar” kimi xidmətlərin ortaya çıxması cəmiyyətdə həm təəccüb, həm də ciddi tənqidlər doğurur. Bu cür yanaşma toyun mahiyyətinin dəyişməsi, sosial münasibətlərin süni şəkildə “yaradılması” və maddi göstərişin ön plana çıxması ilə bağlı sualları daha da aktuallaşdırır.
Sosioloq Mail Yaqub Demokrat.az-a açıqlamasında məsələ ilə bağlı bildirib ki, bu tendensiyanın yaranması bizi tədricən mənfi mənada avropalaşdırır:
“Yəni bəyin və gəlinin, eləcə də onların ailələrinin ətrafında dost-tanış, qohum-əqrəba dairəsi kifayət qədər olmur. Nəticədə insanlar toy kimi mühüm bir gündə belə “kirayə dost” tutmağa məcbur qalırlar. Bu nə deməkdir? Bu o deməkdir ki, həmin şəxs və ya ailə müəyyən mənada cəmiyyətdən təcrid olunub, sosial əlaqələrini zəiflədib. Yəni səmimiyyət və fədakarlıq o qədər aşağı səviyyədədir ki, insan özünə yaxın dostlar qazana bilməyib ki, onlar da gəlib bu sevincli günündə iştirak etsinlər. Əslində dostu o insan qazana bilir ki, həyatında fədakarlıq göstərir. Fədakarlıq olmayan yerdə isə real dostluq münasibətləri formalaşmır”. 

O əlavə edib ki, belə bir tendensiyanın yaranması onu ciddi şəkildə narahat edir:
“Çünki bizim mədəniyyətimiz qohumcanlı və dostcanlı mədəniyyətdir. Biz insanlarla ünsiyyətdə olmağı, bir-birimizə dayaq durmağı, xidmət etməyi məhz bu mədəniyyətdən öyrənmişik. Bizim cəmiyyət fərdiyyətçi deyil, kollektiv dəyərlərə əsaslanan, insanların bir-birinə qarışdığı, sosial bağların güclü olduğu bir cəmiyyətdir. Bu səbəbdən də bu kimi halları xoşagəlməz hesab edirəm. Qarşısının alınması üçün isə insanlara davamlı şəkildə düzgün dəyərlər aşılanmalı, dostluğun, qohumluğun əhəmiyyəti təbliğ olunmalıdır. İnsanlar daha çox sosiallaşmalı, özlərini təcrid etməməli, fərdiyyətçilik adı altında təkliyə çəkilməməlidirlər”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Aprel 2026 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri