Icma.az
close
up
RU
Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib Filmə çevrilən dəhşətli olay VİDEO

Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib Filmə çevrilən dəhşətli olay VİDEO

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Bir müdddət əvvəl yayıma buraxılan “Mən burda tək olmuşam” ciddi skandala səbəb olacaq mövzuya toxunub.

Bakupost.az xəbər verir ki, filmin ssenari müəllifləri Emil Quliyev, Nurlan Həsənli, Nicat Muxtarov, quruluşçu rejissoru isə Emil Quliyevdir. Baş rolları Azərbaycan tamaşaçısının yaxından tanıdığı aktyorlar Hikmət Rəhim, Azər Aydəmir, Arzu Abdulova və b. ifa edirlər.

Filmdə bir ailənin faciəvi hekayəsindən bəhs olunur. İnşaat şirkətində satış meneceri olaraq çalışan Həsən (Hikmət Rəhimov) və arvadı Sevinc (Arzu Abdulova) uzun müddətdir ailə qursalar da, onların uşağı olmur. Həsən həkim müayinəsindən sonra sonsuz olduğunu öyrənir. Amma bu məlumatı həyat yoldaşından gizlədir.

Bu məqamda anası ona çıxış yolu təklif edir. O, tanıdığı bir qadının türkəçarə ilə sonsuz ailələri övlad sahibi etdiyini deyir. Həsənin anası bildirir ki, hətta bir ailə 10 ildən sonra həmin qadının köməyi ilə övlad sahibi olub.

Həsən əvvəlcə bunan inanmasa da, həyat yoldaşını da götürüb qadının yanına yollanır. Onları qəbul edən qadın xüsusi bir prosedur həyata keçirir. Bir müddət sonra qadın doğrudan da hamilə qalır.

Ailə bu xəbərdən sevinsə də, Həsən şübhələr düşür: Əgər o doğuşdan sonsuzdursa, həyat yoldaşı necə hamilə qalıb?

Şübhələr onu yenidən həkimə aparır. Bu dəfə həyat yoldaşı ilə deyil, dostu ilə.

Həsənin araşdırmaları qorxunc bir sirrin üstünü açır. Məlum olur ki, türkəçarə ilə məşğul olan qadın yanına uşaq arzusu ilə gələn qadınları yatırdır və öz üç oğlundan bioloji ata kimi istifadə edir. Beləliklə, onun yanına gələn bütün qadınların dünyaya gətirdiyi uşaqlar əslində həmin üç qardaşın övladlarıdır.

Bu həqiqəti öyrəndikdən sonra Həsən və dostu Samir şoka düşürlər. Həsən intiqam almaq qərarına gəlir. Qorxunc həqiqətlə üzləşən kişi qadının oğullarını bir-bir öldürməyə başlayır. Sonda isə həmin evi yandırır və qadının özünü də alovların içində məhv edir. Lakin bu hadisələr zamanı onun dostu ağır yaralanır və həyatını itirir. Kişi dostunu basdıraraq, bu kabus dolu yerdən uzaqlaşır.

Lakin filmdə ən sarsıdıcı məqam sona saxlanılır: ekranın sonunda görünən “Bu film real hadisələr əsasında çəkilmişdir” yazısı tamaşaçını dərin sarsıntıya salır.

“Mən burda tək olmuşam” sadəcə bir qorxu filmi və ya triller deyil. O, cəmiyyətin qaranlıq tərəflərini, insanın həqiqətləri gizlətmək üçün çəkdiyi əzabları və ailə institutunun həssaslığını açıq şəkildə göstərir. Film göstərir ki, bəzən insanlar xoşbəxt olmaq üçün həqiqətləri görməməzliyə vurur, lakin gizlədilən həqiqətlər daha qorxunc nəticələrə səbəb olur...


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 24 Fevral 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri