Azərbaycanda universitetə və ləğv olunmuş qurumlara məxsus avtomobillər satışa çıxarılır Qiymətlər
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Naxçıvan Dövlət Universiteti, ləğv olunmuş Babək, Şahbuz, Kəngərli, Ordubad rayon baytarlıq şöbələri, eləcə də ləğv olunmuş “Naxçıvan Duz İstehsalı” Müəssisəsinə məxsus bir sıra avtomobillər satışa çıxarılır.
Siyahıda səkkiz nəqliyyat vasitəsi yer alıb.
Hərrac Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 17 aprel 2025-ci il tarixində keçiriləcək.
Satışa çıxarılan nəqliyyat vasitələrinin satart qiymətləri 3150 manatdan başlayaraq 5400 manatadək dəyişir.
Sifarişlər Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən Naxçıvan şəhəri, 8-ci küçə, 1/5A ünvanında hərracın keçirilməsinə ən geci 3 (üç) bank günü qalanadək qəbul olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 08 Mart 2025 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















