Icma.az
close
up
RU
Azərbaycanda vəkil sayı azdır: NİYƏ?

Azərbaycanda vəkil sayı azdır: NİYƏ?

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

2018-ci ildən sonra Azərbaycanda vəkillik institutunun inkişafı istiqamətində mühüm addımlar atılıb. 

Vəkillər Kollegiyasının sədrinin açıqlamasına görə, bu dövrdə keçirilən 15 imtahanda ümumilikdə 6480 namizəd iştirak edib, onlardan 1912-si icbari təlim mərhələsini tamamlayaraq and içib vəkil adını qazanıb. Sonuncu andiçmə mərasimindən sonra ölkədə fəaliyyət göstərən vəkillərin sayı 2770-ə çatıb. 

Qadın vəkillərin sayı da artaraq 595 nəfərə yüksəlib ki, bu da ümumi üzvlərin 17 faizini təşkil edir. Bütün bu rəqəmlər Azərbaycanda vəkillik peşəsinə marağın artdığını və bu sahədə sistemli şəkildə islahatların həyata keçirildiyini göstərir. 

Vəkil Ruslan Mustafayev “Cebheinfo.az” – a bildirib ki, son illər vəkillərin sayında artım müşahidə olunur: 

“Azərbaycanda uzun illər vəkillik sahəsində inkişaf olmayıb, bunun müxtəlif səbəbləri var. Bir müddət vəkillərin sayı dəyişməz olaraq qalırdı, təxmin 700-800 vəkil vardı. Təbii ki, bunun da subyektiv və obyektiv səbəbləri var. 

Mənim fikrimcə, o dövrdə hüquqşunasların vəkilliyə həvəsi yox idi, hüquqşünaslar özlərini başqa sahələrdə yoxlamağda daha maraqlı idilər. Həmçinin, həmin dövrdə Nümayəndəlik instutu kifayət qədər inkişaf etmişdi. 

Hüquqşünasların əksəriyyəti vəkil olmaqdansa, nümayəndə kimi fəaliyyət göstərməyi daha üstün tuturdular. Bunun əsas səbəbləri müştəri qarşısısında ciddi məsuliyyətin olmaması, vergilərdən yayınmaq imkanları və s. idi. Nümayəndəlik instutunda təkcə hüquqşünaslar deyil, müəyyən qədər bu sahədən məlumatlı şəxslər də çalışırdı. 

Bu da həmin institut çərçivəsində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinə mənfi təsir göstərirdi. Bu kimi hallar nəticəsində nümayəndəlik instutu ləğv olundu və qanunvericiliyə əsasən vəkillik instutunun imkanları daha da genişləndi. Yəni vətəndaşlar məhkəmələrdə tanımadığı şəxslərə etibarnamə verməklə təmsil olunmaq imkanlarından məhrum oldular. 

Məhkəmələrdə şəxslər öz hüquqlarını yalnız yaxın qohumları və vəkilləri tərəfindən müdafiə olunmasını təmin edə bilərdilər. Bu hal vəkilliyə olan marağı kifayət qədər artırdı, həmçinin rəhbərlikdə olan dəyişikliklər vəziyyəti daha da yaxşılaşdırdı. Bununla 2018 - ci ildən sonra hüquqşunaslar arasında vəkilliyə maraq kifayət qədər artırdı. 

Nümayəndəliklə məğul olan şəxsər vəkilliyə qəbul olmaq üçün imtahanlarda iştirak etmək cəhdləri göstərdi. Hüquqşünas olmayan və peşəkar hüquqi xidmət göstərə bilməyən şəxslər bu sahədən kənarda qaldılar, həmçinin belə şəxslərin vətəndaşlara ziyan vurmasının qarşısı alındı”. 

Onun sözlərinə görə, imtahanlar vəkillərin sayının artmasına və marağın yüksəlməsinə səbəb olub: 

“2018 - ci ildə ilk imtahanlar keçirildikdən sonra Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzvlərinin sayında artım müşahidə olundu və artıq davamlı olaraq kollegiyaya qəbulla bağlı imtahanlar keçirilir. İmtahanda iştirak edənlərin sayından da aydın görünür ki, kollegiyada təmsil olunmaq istəyən şəxslərin sayı kifayət qədər çoxdur.

Bu gün artıq Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvünün sayı 2770 nəfərə çatıb. Bu rəqəmləri 2018 –ci ildən əvvəlki vəkillərin sayı ilə müqayisə eddikdə, təxminən 3-4 dəfə artım müşahidə edilir. Bu olduqca böyük nailiyyətdir”. 

Hüquqşünas qeyd edib ki, Azərbaycanda vəkillərin sayı artır və keyfiyyətə də xüsusi diqqət yetirilir: 

“Dünya üzrə statistik göstəricilər müəyyən edilib ki, vəkillərin sayı əhalinin sayına uyğun olmalıdır. Beynəlxaq qəbul edilmiş standartlara uyğun olaraq, Azərbaycan üçün təxminən bu say 4000 civarında nəzərdə tutulub. Vəkillərin sayında artım açıq şəkildə görünür. 

Düşünürəm ki, müəyyən edilmiş rəqəmə çatmaq mümkündür. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası təkcə rəqəmlərdə deyil, həm də keyfiyyətin artırılmasında da maraqlıdır. Bu istiqamətdə də tədbirlər görülür. İmtahanların bir neçə mərhələdə keçirilməsi keyfiyyətə olan diqqətin göstəricisidir”. 

Gülər 
“Cebheinfo.az”

Açar sözlər: vəkil sayı Ruslan Mustafayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 İyul 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri