Icma.az
close
up
RU
Azərbaycanda vətəndaş nikahı ilə yaşayanlar artıb

Azərbaycanda vətəndaş nikahı ilə yaşayanlar artıb

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycanda ailə anlayışı dəyişir, lakin məsuliyyət məsələsi arxa planda qalır”.
Bu fikirləri "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Modern.az-a açıqlamasında söyləyib. 

O bildirib ki, müasir dövrdə xüsusilə qərbyönümlü düşüncəyə sahib gənclər arasında ailə qurmazdan əvvəl birgə yaşamaq halları artmaqdadır.

M.Zeynalovanın fikrincə, bəzi gənclər xaricdə təhsil aldıqları dövrdə qazandıqları fərqli mədəniyyətlərin təsiri ilə münasibətləri rəsmi nikah olmadan sınaqdan keçirməyə üstünlük verirlər:

“Şəxslər bir müddət birgə yaşayır, sonra ya evlənirlər, ya da ayrılırlar. Bu proses, adətən sakit və asan başa çatır, çünki ortada hər hansı rəsmi öhdəlik yoxdur. Eyni zamanda birgə yaşadıqları dövrdə gələcəkdə yarana biləcək əlavə məsuliyyətlərdən yayınmaq məqsədilə uşaq sahibi olmamağı seçirlər”.

Onun sözlərinə görə, bu cür yanaşma çox vaxt böyük təbliğat maşınlarının təsiri ilə formalaşır. Belə ki, cinsi uyğunluq və emosional yaxınlıq məsələləri münasibətlərdə əsas meyar kimi təqdim olunur:

“Bu gənclər uyğunluğu yoxlamaq üçün partnyorlarını tez-tez dəyişə bilirlər. Məsələn, 2-3 il bir yerdə yaşayıb, sonra ayrılıb yeni münasibətə başlayırlar. Əslində, bu, məsuliyyətli seçim kimi görünə bilər, amma dərinliyində məsuliyyətdən qaçmaq dayanır. Təbii ki, bu onların könüllü qərarıdır”.

O həmçinin qeyd edib ki, bu münasibətlərdə yaranan emosional bağlılıqlar sonradan travmaya da çevrilə bilər:

“Bir qadın münasibət zamanı artıq emosional bağ qurur, amma sonra partnyoru sadəcə "uyğun deyilik" deyə ayrılma qərarı verir və ya əksinə. Bu prosesin psixoloji yükü çox ciddi ola bilər”.

M.Zeynalova bu modelin artmaqda olduğunu, amma paralel olaraq erkən nikah kimi digər problemlərin də hələ cəmiyyətdə mövcudluğunu vurğulayıb:

“Erkən nikahlarda rəsmi öhdəlik var kimi görünür, amma əslində orda da uşaqların rəyinə önəm verilmir. Böyüklər toplaşır, toy edilir, amma seçim azadlığı yoxdur”.

O əlavə edib ki, hər iki modelin ortaq cəhəti rəsmi nikahın olmamasıdır. Onların heç biri tam şəkildə ailə kimi qəbul edilə bilməz. Onun fikrincə, erkən nikahlarda çox vaxt uşaq dünyaya gəlir, amma həmin uşağın məsuliyyəti ciddi şəkildə alınmır.

Həmsöhbətimiz sonda Azərbaycanda müxtəlif ailə modellərinin mövcud olduğunu, lakin bunun cəmiyyət tərəfindən etiraf edilmədiyini də diqqətə çatdırıb:

“Bəzi hallarda sosial şəbəkələrdə “boşanmalar olmasın deyə gənclər əvvəlcə birgə yaşasınlar” fikirləri irəli sürülür. Amma bu, bizim mental düşüncəmizə görə çox çətin və ağrılı keçən bir prosesdir. Bu modelin tərəfdarları psixoloqlara müraciət edirlərmi, bu haqda dəqiq məlumatım yoxdur. Amma düşünürəm ki, belə müraciətlər mütləq olur”,- deyə M.Zeynalova bildirib.
 

Aytac Bəhruzqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 İyul 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri