Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi FOTO
Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tərtər rayon bölməsinin baş məsləhətçisi Möhlət Salman oğlu Nəzərov bu il noyabrın 27-də, 58 yaşında qəflətən vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.
M.S.Nəzərov 1966-ci ildə Ağdam rayonunun Şotlanlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Aqrar Universitetində təhsil almış, əmək fəaliyyətinə Ağdam rayonda başlayıb. 1995-2001-ci illərdə Ağdərə rayonun 107 saylı köçkün məktəbində müəllim, 2001-2018-ci illərdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının Qızıloba kənd nümayəndəliyində baş məsləhətçi, 2018-ci ildən hazırki dövrədək Dövlət Komitəsinin Tərtər rayon bölməsində baş məsləhətçi vəzifəsində çalışıb.
M.Nəzərov özünü intizamlı və məsuliyyətli bir əməkdaş kimi tanıdıb. Məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsində fəal iştirak edirdi. Səmərəli fəaliyyəti Dövlət Komitəsinin rəhbərliyi tərəfindən hər zaman yüksək qiymətləndirilib.
Allah rəhmət eləsin!
Baxış sayı:57
Bu xəbər 30 Noyabr 2024 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















