Azərbaycanda vəzifəli şəxs vəfat etdi KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda vəzifəli şəxs vəfat edib.
KONKRET.az “yeni sabah”a istinadən xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Xaçmaz Peşə Məktəbinin direktoru Nəzər Şahbazov 72 yaşında dünyasını dəyişib.
O, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Mərhum Xaçmaz rayonunun Həsənqala kəndində dəfn olunub.
Qeyd edək ki, Nəzər Şahbazov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun qayınatasıdır.
Xatırladaq ki, N.Şahbazov 1954-cü ildə Xaçmaz rayonunun Həsənqala kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Texnologiya İnstitutunu bitirib.
O, əmək fəaliyyətinə Xudat Konserv zavodunda başlayıb.
1978-2011-ci illərdə burada operator kimi işə başlayan N.Şahbazov sonra usta, baş usta, sex rəisi işləyib. Uzun illərin təcrübəsindən sonra isə zavoda direktor təyin edilib və 1990- 2011-ci illərdə zavoda rəhbərdik edib.
Baxış sayı:99
Bu xəbər 06 Fevral 2026 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















