Icma.az
close
up
RU
“Azərbaycanda voleybola böyük maraq var, bizi çətin oyun gözləyir” Niderland millisinin üzvünün ə EKSKLÜZİV MÜSAHİBƏSİ

“Azərbaycanda voleybola böyük maraq var, bizi çətin oyun gözləyir” Niderland millisinin üzvünün ə EKSKLÜZİV MÜSAHİBƏSİ

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Voleybol üzrə Niderland millisi Bakıda keçiriləcək 2026-cı il qadınlar arasında Avropa çempionatının ən parlaq komandalarından biri olacaq.

Avropa çempionatının qalibləri püşkatma nəticəsində Azərbaycanla eyni qrupda yer alıb. Qeyd edək ki, millilərimiz arasında qarşılaşmalar həmişə kifayət qədər maraqlı və gərgin keçir.

Artıq uzun müddətdir ki, “narıncılar”ın lideri olan Selesta Plak İdman.biz-ə müsahibəsində turnirlə bağlı gözləntilərini bölüşüb və paytaxtımızda baş tutan digər matçları xatırlayıb.

- İtaliyanın Bari şəhərində keçirilən püşkatma əlamətdar oldu, belə ki, bu püşkatma nəticəsində Niderland millisi Azərbaycana rəqib oldu. O an nə düşünürdünüz?

- Yəqin ki, o an bizi daha bir maraqlı voleybol macərasının gözlədiyini düşündüm (gülür). Əslində, mən artıq bu hiss üçün darıxmışam, çünki əvvəllər Avropa çempionatı iki ildən bir keçirilirdi. Lakin sonra təqvim dəyişdi, Dünya Çempionatı dördillik tsikldən ikiillik dövrəyə keçdi və əsas Avropa turnirləri arasındakı interval müvəqqəti olaraq üç ilə qədər uzadıldı. Buna görə də əminəm ki, çoxları 2026-cı il Avropa çempionatını səbirsizliklə gözləyir.

- Niderland millisi Avropa çempionatında stabil çıxış edir və 2023-cü ildə bürünc medal qazanıb. Bu nəticə Bakı səfərində sizə əlavə inam verir?

- Təbii ki, biz qitə yarışında kifayət qədər uğur qazanmışıq. Son beş çempionata nəzər salsaq, biz iki dəfə finala çıxmışıq, sonuncu dəfə bürünc medal qazanmışıq. Bizim yaxşı komandamız var; komanda bu yaxınlarda Tailandda keçirilən dünya çempionatında 1/4 finala yüksəlib. Deməli, biz Avropa çempionatında güclü çıxış etmək üçün bütün ilkin şərtlərə sahibik.

- 2017-ci ildə Bakıda keçirilən Avropa çempionatında iştirak edərək gümüş medal qazandınız. Həmin qarşılaşmalardan hansılar sizin yaddaşınızda qalıb?

- Mənim yaddaşımda bu, ən çətin turnirlərdən biri idi. Xatırladığım qədər, qrup mərhələsinin oyunlarını Azərbaycanın rayonlarından birində (Göygöldə - red.) keçirilmişdi. Serbiyaya uduzaraq qrupumuzda ikinci olduq, sonra pley-off oyunları üçün Bakıya gəldik. Xorvatiyanı məğlub etdikdən sonra 1/4 finalda İtaliyaya qalib gəlməyi bacardıq, daha sonra yarımfinalda Azərbaycanla üz-üzə gəldik. Hələ də o inanılmaz dərəcədə çətin oyunu xatırlayıram. O zaman tay-brekdə qalib gəlib, finala yüksəlsək də Serbiyaya məğlub olduq. Kim bilir, bəlkə də həlledici görüşdə uduzmağımıza səbəb yarımfinalda xərclədiyimiz enerji idi. Amma çempionatla bağlı ən xoş xatirələrim var.

- Səkkiz ildən sonra Niderland komandası tanış məkanda - Milli Gimnastika Arenasında oynayacaq...

- Ora möhtəşəm kompleksdir və ümid edirəm ki, yenidən Avropa çempionatının atmosferini hiss edəcəyəm. Xatirimdədir, isinmə hərəkətləri üçün arenaya çıxanda zal tamaşaçılarla dolu idi. Azərbaycanda voleybola maraq var, xatırlayıram 2017-ci ildə dünya çempionatının seçmə mərhələsində sizin komandanıza üç setin nəticəsində əsasən məğlub olmuşduq. Ona görə də yerli komanda ilə görüş həmişə çətin olur. Amma gələcəyə baxmaq lazımdır. İndi mənim üçün əsas olan - zədə almamaq, klub mövsümünü yaxşı keçirmək və sonra Avropa çempionatına hazırlaşmaqdır.

- Yeni mövsümə haradan başlayacaqsınız?

- Mən İtaliyaya qayıdıram, Milanın “Numeo Vero Volley” komandasında oynayacağam. Keçən il komada Çempionlar Liqasının Dördlər Finalına yüksəldi və A Seriyasında ikinci oldu, ona görə də yeni mövsümü həqiqətən səbirsizliklə gözləyirəm. Çox böyük gözləntilərim var və ümid edirəm ki, uğurlu olacaq.

Zəki Feyzullayev

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 Oktyabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri