Icma.az
close
up
RU
“Azərbaycanda voleybolun yenidən əvvəlki səviyyəsinə qayıtmasına məmnuniyyətlə kömək edərdim” “Azərreyl”in legionerlərinin ə MÜSAHİBƏSİ

“Azərbaycanda voleybolun yenidən əvvəlki səviyyəsinə qayıtmasına məmnuniyyətlə kömək edərdim” “Azərreyl”in legionerlərinin ə MÜSAHİBƏSİ

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Azərbaycanın hazırkı voleybol çempionu olan “Azərreyl” qadın komandası ölkənin Yüksək Liqasındakı son iki oyunda uğursuzluğa düçar olub. Mövsümə “Gəncə” klubuna qarşı qələbə ilə başlayan “Azərreyl”, növbəti görüşlərdə “DH Volley” (2:3) və UNEC (0:3) komandalarına uduzub.

İdman.Biz son oyun və başqa məqamlarla bağlı klubun legionerləri - ABŞ-dən olan Medison Bleyn və Cənubi Koreyadan olan Sol Ku ilə söhbət edib.

- Komandanın UNEC ilə oyunda nə alınmadı?

Medison Bleyn:

- Mənə elə gəlir ki, UNEC əla çıxış etdi: rəqib servislərlə bizə ciddi təzyiq göstərirdi. Onlar çox aqressiv şəkildə oynayırdılar və buna görə bizim üçün topu keyfiyyətli qəbul etmək çətin idi. Bu da hücumları tamamlamağımızı çətinləşdirirdi. Kollektiv şəkildə öz işimizin öhdəsindən gələ bilmədik.
Bəlkə də məndə blokda hər şey alınmırdı, həmçinin bütün komandanın top atışı zəif idi. Bizim günümüz deyildi. Ard-arda çox səhvlər etdik ki, bu da öz oyunumuzu diktə etməyə imkan vermədi. UNEC isə təzyiqə tab gətirdi və çox özünəinamlı oynadı, əhsən! Növbəti dəfə mütləq özümüzü daha yaxşı göstərəcəyik.

Sol Ku:
- Medisonla razıyam. UNEC ilə oyundan sonra kədərlənmişdim, çünki bilirəm ki, biz nə qədər motivasiyalıyıq. Enerjimiz vardı, amma bacardığımız hər şeyi göstərə bilmədik. Bilmirəm, məsələ nədə idi... Buna görə də mənə pis oldu, amma əminəm ki, növbəti dəfə daha yaxşı çıxış edəcəyik.”

- Əsas rəqibiniz kimdir?

Medison Bleyn:

- Biz cəmi üç oyun keçirmişik, buna görə bütün komandaları görməmişik. Amma bizim “Turan”la hazırlıq oyunumuz olmuşdu. Bu, çox layiqli rəqibdir: güclü blok, servis, hücumlar. Məncə, indiyə qədər gördüyümüz kollektivlər arasında onlar bizim üçün ən böyük təhlükəni təmsil edirlər.

Sol Ku:

- Mən də razıyam. “Turan” hələlik ən ciddi rəqib kimi görünür.

- Azərbaycan çempionatının səviyyəsini əvvəllər oynadığınız liqalarla müqayisədə necə qiymətləndirərdiniz?

Medison Bleyn:

- İlk dəfədir xaricdə oynayıram, ona görə də qiymət vermək çətindir. Bura gələndə nəylə qarşılaşacağımı bilmirdim, amma hələlik hər şey xoşuma gəlir. ABŞ-də çoxlu liqalar var. Məsələn, mən orta səviyyəli universitet liqasının birinci divizionunda çıxış etmişdim və düşünürəm ki, o, Azərbaycanın çempionatına oxşayır.

Sol Ku:

- Xaricdə ikinci oyun təcrübəmdir. Ötən il Fransanın ikinci divizionunda çıxış etmişdim, bundan əvvəl isə Koreya liqasında oynamışdım. Buradakı çempionatın səviyyəsi mənə çox xoşdur – o, həqiqətən yüksəkdir. Buna görə də Azərbaycanda oynayaraq növbəti mövsüm üçün ustalığımı xeyli artıra bilərəm. Fikrimcə, səviyyə Fransanın liqasına bənzəyir. Koreya çempionatı isə tamamilə fərqlidir, bunu təsvir etmək çətindir: idman zallarından tutmuş məşqçilərə qədər hər şey başqadır.

- Bura gəlməzdən əvvəl Azərbaycan voleybolu barədə nəsə bilirdinizmi?

Sol Ku:

- Eşitmişdim, çünki əvvəllər burada koreyalı voleybolçu çıxış etmişdi. O, möhtəşəm toppaylayıcı idi. Amma ölkə haqqında çox şey bilmirdim. Əlbəttə, onunla burada oynadığı vaxtlar barədə danışmaq istərdim. Ancaq o, artıq təqaüdə çıxıb, məndən böyükdür və o qədər görkəmli idmançıdır ki, onun uğurlarına çatmaq belə mümkün deyil.

Medison Bleyn:

- Dediyim kimi, peşəkar beynəlxalq voleybolda yeniyəm. Ancaq müqavilə imzaladıqdan sonra Azərbaycandakı voleybol haqqında daha çox öyrənməyə başladım. Azərbaycanlı voleybolçuların keçmiş nailiyyətləri haqqında həqiqətən çox yaxşı şeylər eşitmişəm. Və mən məmnuniyyətlə kömək edərdim ki, Azərbaycanda voleybol yenidən əvvəlki səviyyəsinə qayıtsın.

Leyla Eminova

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 21 Noyabr 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri