Icma.az
close
up
RU
Azərbaycanda yeni ixtisaslar yaradıldı Ekspert: Bəs həmin ixtisasların tədrisini kimlər həyata keçirəcək?

Azərbaycanda yeni ixtisaslar yaradıldı Ekspert: Bəs həmin ixtisasların tədrisini kimlər həyata keçirəcək?

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Nazirlər Kabinetinin qərarına əsasən, "Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” ixtisasları artıq gələn ildən etibarən universitetlərin bakalavriatura səviyyəsində tədris olunacaq. Düşünürəm ki, yeni tədris olunacaq bütün 7 ixtisas əmək bazarının tələblərinə əsasən yüksək şəkildə proqnozlaşdırılıb və bu istiqamətdə qarşıdakı dönəm üçün praktikilik göstəricisi dəqiqliklə hesablanıb".

Bu fikirləri təhsil tədqiqatçısı Elmin Nuri Redaktor.az-a açıqlamasında söyləyib.

O, xüsusilə iki ixtisasın - “Data analitikası” və “Proqram təminatı mühəndisliyi”nin adını çəkib:

"Artıq dünya əmək bazarında bu iki ixtisasın yeri, kadr potensialına olan tələbat pik həddinə çatmaqdadır. Süni intellekt əsrinin əsas danışan dillərindən biri olan data analitikasının nəinki tədrisi, hələlik anlayışın özü belə bizim üçün yaddır. Halbuki dünya miqyasında bir çox universitetlərdə bu ixtisasın tədrisinə artıq bir neçə on il bundan əvvəl təcili və təxirəsalınmaz şəkildə start verilib.

Biz isə bu prosesdə xeyli ləngisək də, nəhayət ki, əmək bazarı adına lazımı qərarı verə bildik. Amma yenə də bu zaman belə bir ciddi sual meydana çıxır: Həmin ixtisasların yerli universitetlərdə tədrisini kimlər həyata keçirəcək? Bu, həqiqətən də ciddi problemə yol açan bir sualdır. Etiraf etməliyik ki, bununla bağlı ciddi çatışmazlığımız olacaq. Çünki yeni ixtisasların demək olar ki, hamısı ilə bağlı biz nəinki pedaqoq, hətta ekspert, mütəxəssis qıtlığını belə yaşayırıq. Belə olan halda bu ixtisaslar üzrə yeni kadrlar necə və kimlər tərəfindən hazırlanacaq? Şəxsən məndə bu suallarla bağlı o qədər də pozitiv cavab yoxdur. Amma haradansa, necəsə başlamaq lazımdır. Kadr problemini qabartsaq, bu istiqamətdə daha bir neçə il geri düşəcəyik".

Mütəxəssisin sözlərinə görə, burada təxirəsalınmaz işlərdən biri də yeni ixtisaslarla bağlı ölkədə və ölkə xaricində olan mütəxəssislərin siyahısını hazırlamaq, onlarla iş proqramını formalaşdırmaq və razılaşma əsasında tədris prosesində iştirak etmələri dəqiqləşdirilmiş şəxsləri növbəti tədris ilinin başlanğıcına qədər təlim və seminarlara, xüsusi kurslara cəlb etməkdir:

"Yeni ixtisaslara aid olan mütəxəssislər daha çox əmək bazarında, istehsalatda, yəni nəzəriyyədən də çox təcrübənin yanında olan adamlardır. Onları birdən-birə universitet auditoriyalarına gətirmək o qədər də asan olmayacaq. Burada həm maddi, həm də zaman baxımından müəyyən razılaşmamalar ola bilər. Bütün bu detallar incələnməli və kadr potensialı mütləq ciddi surətdə həll olunmalıdır. Əks halda, yeni ixtisasların tədrisi, onların önəmliliyinin heç bir mənası olmayacaq. Biz bir çox ixtisaslarda olduğu kimi, burada da tədrisi qeyri-mütəxəssislərə etibar etməməliyik.

İkinci təklif isə çətin görünsə də, heç olmasa, bir-iki ixtisas üzrə bunu etməliyik. Bu, xaricdən uyğun mütəxəssislərin gətirilməsidir. Onların maaşı və digər tələbləri yüksək olsa da, sonda bizim üçün lazımı kadr bazarı formalaşdıracaqlar".

Sevinc İBRAHİMZADƏ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Dekabr 2024 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see377

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see262

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see225

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see204

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see198

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see190

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see176

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see166

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see163

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see162

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see161

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see157

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see151

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see151

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see151

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see150

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see148

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see146

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri