Icma.az
close
up
RU
Azərbaycanda yeni rəqəmsal kitabxana istifadəyə veriləcək RƏSMİ

Azərbaycanda yeni rəqəmsal kitabxana istifadəyə veriləcək RƏSMİ

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Milli Kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, Respublika Gözdən Əlillər Kitabxanası və 75 mərkəzləşdirilmiş kitabxana sistemi fəaliyyət göstərir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin sistemində mövcud olan kitabxanaların fondunda ümumilikdə 19 milyondan çox kitab var:

"Nazirlik tərəfindən kitabxana fondlarının yenilənməsi və kitab sənayesi subyektlərinin fəaliyyətinin dəstəklənməsi məqsədilə hər il "Nəşrlərin satın alınması" müsabiqəsi təşkil olunur və mütəxəssislərdən ibarət müvafiq komissiyanın qərarı ilə yüksək bədii-estetik məzmuna və keyfiyyətə malik kitabların satınalınması həyata keçirilir. Artıq ənənə halını almış bu proses son illər daha da genişləndirilib və 2023-cü ildə 546 adda, 41.098 nüsxə, 2024-cü ildə 572 adda, 49.105 nüsxə, 2025-ci ildə isə 534 adda, 65.450 nüsxə, ümumilikdə isə son üç ildə 1.652 adda 155.653 nüsxə kitab satın alınıb".

2025-ci ildə kitabxana-biblioqrafiya proseslərinin rəqəmsallaşdırılması ilə əlaqədar mərkəzləşdirilmiş kitabxana sistemlərində KOHA (Avtomatlaşdırılmış Kitabxana - İdarəetmə Sistemi) proqramı tətbiq olunub

Qeyd edilib ki, 2025-ci il ərzində kitabxana-biblioqrafiya proseslərinin rəqəmsallaşdırılması ilə əlaqədar mərkəzləşdirilmiş kitabxana sistemlərində KOHA (Avtomatlaşdırılmış Kitabxana - İdarəetmə Sistemi) proqramı tətbiq olunub, 850 000-dən çox kitabın biblioqrafik məlumatı elektron kataloqa daxil edilib:

"Hazırda KOHA proqramına inteqrasiya olunmuş mobil elektron kitabxana tətbiqinin ictimai istifadəyə verilməsi üzərində iş aparılır".

Nazirlik kitab satınalması və onun həyata keçirilmə meyarları haqqında da məlumat verib. Bildirilib ki, Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəşr planının tərtibini və "Nəşrlərin satın alınması müsabiqəsi"nin təşkilini həyata keçirmək məqsədilə yaradılır:

"Komissiyanın tərkibi mədəniyyət, elm, ədəbiyyat, təhsil və digər aidiyyəti sahələr üzrə mütəxəssislərdən ibarət tərkibdə təşkil olunur. Xarici nəşrlərin satınalınması zamanı Komissiyanın iclasında kitabxana və nəşriyyat sahələri üzrə digər mütəxəssislər məşvərətçi səslə iştirak edərək, təkliflərlə çıxış edə bilərlər. Hər ilin yanvar ayında Komissiya tərəfindən son bir il ərzində təqdim olunmuş əlyazmalar və nəzərdə tutulan dövlət sifarişləri əsasında cari il üzə nəşr planı tərtib olunur".

Nəşr planı üçün prioritet mövzular və istiqamətlər aşağıdakılardır:

Dövlət ehtiyaclarını təmin etmək üçün nəzərdə tutulan nəşrlər; mədəniyyət sahəsində elmi tədqiqatların nəticələrinə dair əsərlər; yüksək bədii dəyərə malik ədəbi əsərlər; milli adət və ənənələr, bayramlar, tarixi rəmzlər və toponimlər barədə əsərlər; Azərbaycan etnoqrafiyası və folkloru barədə əsərlər; milli mədəni irsə və milli kulinariyaya aid əsərlər; Ermənistanın Azərbaycana qarşı təcavüzünün mədəniyyət sahəsinə vurduğu ziyanlar, Qarabağda törədilmiş vandalizm aktları barədə tədqiqat əsərləri; Vətən müharibəsinə aid yüksək məzmuna malik əsərlər; uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üçün dərsliklər, metodik vəsaitlər və digər nəşrlər; görkəmli ədəbiyyat, incəsənət və ictimai xadimlərin əsərləri və onlar haqqında araşdırmalar, monoqrafiyalar və memuarlar; mədəni sərvətlərin müxtəlif istiqamətləri üzrə yeni məzmuna malik əsərlər.

Qeyd edilib ki, əlyazmaların nəşr planına daxil edilməsinə Nazirliyə təqdim olunan müraciətlər əsasında baxılır:

"Komissiya tərəfindən hər ilin fevral ayında "Nəşrlərin satınalınması müsabiqəsi" (bundan sonra - Müsabiqə) təşkil edilir. Müsabiqənin keçirilməsi barədə Nazirliyin rəsmi saytında və digər kütləvi informasiya vasitələrində elan verilir. Elanda Müsabiqədə iştirakla bağlı müəyyən olunmuş şərtlər göstərilir. Nəşrlər Müsabiqə elan edildiyi gündən etibarən 30 gün ərzində Komissiyaya təqdim olunmalıdır. Müsabiqə üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra təqdim olunan nəşrlər qəbul edilmir.

Məzmun və poliqrafik baxımdan qüsurlu, ümumi tirajı 300-dən aşağı (iki və daha çox cildli olduqda hər cildin tirajı 300-dən aşağı) olan nəşrlərin satınalınmasına yol verilmir".

Əlyazmaların satınalınmasında nüsxə sayı, müəlliflik hüququ və keyfiyyət məsələlərinə xüsusi diqqət yetirilir

"Müsabiqədə Azərbaycan Respublikasının ərazisində olan və (və ya) fəaliyyət göstərən nəşriyyatlar, jurnal redaksiyaları, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələri, digər hüquqi şəxslər və müəlliflər (müəlliflik hüququ sahibləri) iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən müəlliflər (müəlliflik hüququ sahibləri) vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə sahib olmalı və ya müəllifi (müəlliflik hüququ sahibi) olduqları nəşrləri çap olunduğu nəşriyyatlar vasitəsilə təqdim etməlidir", - qurumdan vurğulanıb.

Nazirlik əsərlərin alınması zamanı qonorar məsələsinə də aydınlıq gətirib. Bildirilib ki, yalnız Nazirliyin sifarişi ilə hazırlanan əsərlər üçün müəlliflərə qonorar ödənilir:

"Nazirliyin dəstəyi ilə çap olunan əlyazmalar üçün qonorar nəzərdə tutulmur".

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:357
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 Dekabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri