Azərbaycanda yeni seçiləcək bələdiyyənin tərkibinin ilk iclasının keçirilməsi və sədrin seçilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib
Icma.az, Report.az saytına istinadən bildirir.
Azərbaycanda yeni seçiləcək bələdiyyənin tərkibinin ilk iclasının keçirilməsi və sədrin seçilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlara təklif edilən dəyişikliklə mümkün olub.
Dəyişikliyə əsasən, yeni seçilən bələdiyyənin ilk iclası Mərkəzi Seçki Komissiyası tərəfindən bələdiyyə seçkilərinin yekunları elan edildikdən sonra beş iş günü müddətində keçiriləcək.
Bələdiyyənin ilk iclasında bələdiyyənin sədri seçilənədək yaşı daha çox olan üzv iclasa sədrlik edəcək. İclasa sədrlik edən bələdiyyəyə üzv seçilmiş şəxslərin siyahısını elan edəcək, ilk iclası bələdiyyə sədri və iclas katibi seçilənədək aparacaq.
Bələdiyyənin sədri açıq və ya gizli səsvermə yolu ilə seçiləcək. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunacaq. Bələdiyyənin ilk iclasında bələdiyyə sədri və iclas katibi seçildikdən sonra iclasın gündəliyi təsdiq ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 02 Dekabr 2024 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















