Icma.az
close
up
RU
Azərbaycanda yol hərəkəti, parklanma və texniki baxış qaydaları təkmilləşdirilir

Azərbaycanda yol hərəkəti, parklanma və texniki baxış qaydaları təkmilləşdirilir

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Azərbaycanda yol hərəkəti, parklanma və texniki baxış qaydaları təkmilləşdirilir.

SİA xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, layihə ilə nəqliyyat vasitələrinin texniki baxışının keçirilməsi, kiçik elektrik nəqliyyat vasitələri operatorlarının fəaliyyəti, parklanma münasibətləri, eləcə də yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən səlahiyyətli orqanın əməkdaşlarının inzibati icraatla bağlı səlahiyyətlərini tənzimləyən müddəalar təkmilləşdirilir.

Bununla yanaşı, qanunvericilikdə istifadə olunan terminologiya dəqiqləşdirilir və "mərkəzi informasiya sistemi" anlayışı "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemi" ifadəsi ilə əvəz edilməklə mövcud hüquqi tənzimləməyə uyğunlaşdırılır.

Eyni zamanda, layihə ilə İnzibati Xətalar Məcəlləsində elektron sənədləşmə, inzibati tənbeh tətbiq etmə haqqında qərarların və inzibati xəta haqqında protokolların tərtib edilməsi, onların müvafiq informasiya sistemində yerləşdirilməsi, habelə nəqliyyat vasitəsinin saxlanılması zamanı tərtib olunan aktın elektron qaydada rəsmiləşdirilməsi ilə bağlı müəyyən edilmiş qaydalar "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda əks etdirilir. Bundan başqa, parklanma ilə bağlı məlumatlandırma mexanizmi İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklərə uyğunlaşdırılır.

Qanun layihəsinin qəbul edilməsi normativ hüquqi aktlar arasında sistemli uyğunluğun təmin edilməsinə, elektron inzibati icraatın hüquqi əsaslarının təkmilləşdirilməsinə, hüquq tətbiqetmə təcrübəsində vahid yanaşmanın gücləndirilməsinə və yol hərəkəti sahəsində inzibati prosedurların daha səmərəli həyata keçirilməsinə xidmət edəcəkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 İyul 2026 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri