Icma.az
close
up
RU
Azərbaycandakı bu şəxslər hədəfdə: 3 qonşu ölkədən hücum başladı

Azərbaycandakı bu şəxslər hədəfdə: 3 qonşu ölkədən hücum başladı

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Son aylarda Azərbaycana qarşı regiondakı bəzi mərkəzlər tərəfindən informasiya hücumlarının davam etməsi müşahidə olunur. Bu hücumlarda istiqamətlərdən biri də milli ideoloji dayaqların sarsıdılmasıdır. Lakin bu təbliğat cəhdləri Azərbaycan xalqının dövlətinə və liderlərinə olan etimadını sarsıda bilmir, bilməyəcək”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov deyib.

Politoloq əlavə edib ki, xüsusən 3 qonşu dövlətin daxilindəki müəyyən qrupların apardığı informasiya təbliğatında müxtəlif istiqamətlər üzrə ictimai rəyi çaşdırmaq və aldatmaq cəhdləri müşahidə olunur:

“Məsələn, son iki ildə Qəzza ətrafında baş verənlər fonunda Azərbaycanı Qərbin təsirində olan ölkə kimi təqdim edirlər. Hətta iki müsəlman dövlətindəki anti-Azərbaycan qüvvələri İsrailin də adını çəkirlər. Əslində, bu iddialar yalnız Azərbaycanın müstəqil qərarvermə modelinə və suveren xarici siyasətinə qarşı yönəlmiş təzyiq vasitələridir. Əsasən də İrandakı bəzi quruplar unudur ki, Azərbaycan heç bir gücün peyki deyil, əksinə, regionda müstəqil qərar verən, tarazlaşdırılmış siyasət yürüdən azsaylı dövlətlərdəndir.

Müstəqillik illərində əldə etdiyimiz nailiyyətlər – siyasi sabitlik, iqtisadi dirçəliş, ordu quruculuğu və diplomatik uğurlar – aparılan sistemli siyasət fəlsəfəsinin nümunəsidir. Xarici informasiya mərkəzləri, bu uğurları sarsıtmaq üçün milli liderlərin nüfuzuna xələl gətirməyə, tarixi şəxsiyyətlərə qarşı etimadsızlıq yaratmağa çalışırlar”.

Politoloqun sözlərinə görə, bu, klassik psixoloji təsir metodudur:

“Xalqın liderinə inamını sarsıtmaq, nəticədə dövlətin dayaqlarını zəiflətmək cəhdləri bu qəbildəndir. Orta əsrlərdən indiyə qədərki tarixi şəxsiyyətlərə mənfi münasibətin formalaşdırılması onilliklər ərzində müşahidə olunub. Son zamanlar belə addımlar yenidən aktuallaşır. Lakin Azərbaycan cəmiyyəti bu manipulyasiyaları görür və dövlətçilik ideallarına sadiqliyini qoruyur.


Zaur Məmmədov

Son 30 il ərzində radikal təfəkkürlərin yayılması və xarici mərkəzlərin iki dini cərəyanı bir-birinə qarşı qoymaq cəhdləri müşahidə edilir. İndiki halda, bu, səssiz şəbəkəni genişləndirmək taktikası ilə həyata keçirilir. Lakin, etdikləri əbəsdir. Hər şey nəzarətdədir və kanallar məlumdur. Azərbaycanda dini model hər zaman belə olub: insanlıq, mərhəmət, ədalət və mənəvi təmizlik prinsipləri. Bu dəyərlər əsrlər boyu Azərbaycan torpaqlarında yaşayıb və indi də xüsusilə Qarabağda, Naxçıvanda, Bakıda, Gəncədə, Lənkəranda, Qusarda öz təzahürünü tapmaqdadır”.

Z.Məmmədov bildirib ki, müasir dövrdə informasiya müharibələrinin əsas hədəfi gənc nəsildir:

“Xarici qüvvələr sosial şəbəkələr, dini-siyasi platformalar və saxta xəbər kanalları vasitəsilə gəncləri yanlış ideoloji təsir altına salmağa çalışır. Lakin Azərbaycan dövlətinin təhsil, informasiya təhlükəsizliyi və milli dəyərlərin təbliği istiqamətində atdığı addımlar, gənclərin bu təsirlərdən qorunmasını təmin edir. Bu gün Azərbaycan gəncliyi milli kimliyinə sadiq, texnoloji və intellektual baxımdan inkişaf etmiş, dövlətinə bağlı bir nəslə çevrilib.

Bütün institutların sistemli fəaliyyəti, o cümlədən gənclər, təhsil, idman sektorlarındakı fəaliyyət olduqca vacibdir. İnformasiya müharibəsi XXI əsrin əsas qarşıdurma formasıdır. Bu müharibədə silah – məlumat, müdafiə isə milli şüur və ideoloji birlikir”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Oktyabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri